Nazim etiraf etdi, müğənnilər dövlətdən yardım alıblar-VİDEO

“Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlət sahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında şou-biznesdə “Faytonçu” təxəllüsü ilə tanınan müğənni Nazim Pişiyari deyib.

O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb:

“Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button