Nazim Quliyevə qarşı həbsxanada təzyiqlər var

Nazim Quliyeve qarşı repressiyalar davam edir

 

Hazırda həbsdə saxlanılan Qarabağ qazisi, “İdeal Media Group”un baş redaktoru Nazim Quliyevə qarşı repressiyalar davam etdirilir. Xural.com-a Nazim Quliyevin yaxınlarından daxil olan məlumata görə, hakimiyyət resurslu dairələr qaranlıq üsullarla onun əmlakları üzərinə əl qoymağa cəhd ediblər. Sonuncu belə hadisə bu ilin iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov 96 ünvanında “Malibu” MMC şirkəti tərəfindən baş verib. Onlar Nazim Quliyevə məxsus obyekti onun xəbəri olmadan uçuraraq vandalizm aktına müəlliflik ediblər. Şirkət rəhbərliyinin qanundankənar cinayətləri ilə bağlı Nazim Quliyev və onun Müdafiə Komitəsinin, ölkə başçısına və digər rəsmi qurumlara etdiyi müraciətə adekvat cavab verən çətə, həbsxanada ona qarşı hücuma keçiblər. Yaxınlarının dediklərinə görə, Nazim Quliyevin fiziki, tibbi, mənəvi həyatı real təhlükə qarşısındadır. Baş redaktor hazırda Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button