Nazir ad gününü qeyd edir

zakir həsənovİyunun 9-da müdafiə naziri Zakir Həsənovun 56 yaşı tamam oldu. 

Nazir 1959-cu ildə Azərbaycanın Astara rayonunda anadan olub. 

Zakir Həsənov 1980-cı ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-mayor rütbəsi verilib.

Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir. 

Ailəlidir. 1 oglu 1 qizi var.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb:

  • 15.12.1998 — Flag of Azerbaijan.svg “Sərhəddə fərqlənməyə görə” medalı
  • 16.08.2002 — Flag of Azerbaijan.svg “Hərbi xidmətlərə görə” medalı
  • 30.06.2004 — Flag of Azerbaijan.svg “Azərbaycan bayrağı” ordeni

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button