Nazir Avropa Oyunlarında meldonium preparatının qəbul olunmasına aydınlıq gətirib

Azad Rəhimov

Azad Rəhimov Avropa Oyunlarında meldonium preparatının qəbul olunması məsələsinə aydınlıq gətirib

Tibb baxımından hər şey məlumdur – yanvarın 1-dən meldonium preparatı qadağan olunub, antidopinq agentliyinin siyahılarına düşüb və yanvarın 1-dən idmançılar onu qəbul etməməlidirlər. Ondan qabaq bir çox idmançılar bunu qəbul ediblər və o zaman qadağan deyildi.

Xural.com report.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

meldonium“Bakıda Keçirilən Avropa oyunlarına gəldikdə maraqlı fakt ondan ibarətdir ki, bəzi agentliklər indiyədək rahat yata bilmirlər. Avropa Oyunları Azərbaycan üçün böyük qələbə idi. İdmanın təntənəsi idi. Baxmayaraq ki, üstündən yarım il vaxt keçib onu alçaltmağa əl atırlar. Niyə görə 2012-ci ildə London Olimpiya Oyunlarında həmin preparatdan qəbul edildiyindən söhbət açılmır. Orda 16 min idmançı iştirak edirdi, onlardan 6 mini bu preparatdan qəbul edib”, – Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, bu məsələ gündəmə elə gətirilir ki, guya Avropa Oyunlarında qazanılan medallar dopinqin nəticəsində qazanılıb:

“Bu  tam şəkildə düzgün deyil və bu siyasi məsələdir, ikili standartlardır və bu Azərbaycana Avropa Oyunlarının nüfuzunu və onların yüksək səviyyədə keçirilməsini alçaltmaq cəhdidir. Həmin preparatlardan bütün dünyada qəbul edirlər. Niyə görə onlarla bağlı bu suallar qalxmır, niyə görə onlar yoxlanılmır?”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button