“Nazir həmsədrlərlə yaxın vaxtlarda görüşə hazırdır” – XİN-dən açıqlama

“Vyana görüşündə qeyd edildiyi kimi, hərtərəfli və substantiv danışıqlara başlamaq üçün Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxın vaxtlarda görüşə hazırdır”.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev amerikalı həmsədr Ceyms Uorlikin prezidentlərin iyun görüşündən əvvəl həmsədrlərin xarici işlər nazirləri ilə görüşmək niyyəti ilə bağlı açıqlamasına cavab olaraq deyib (APA).

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik  APA-ya açıqlamasında həmsədrlərin prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyə ümid etdiyini açıqlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button