Nazir müavini də süni əngəllərdən şikayətləndi:“Gücümüz çatmır”

nazim_samadov_gen_375

Turizmə hansısa maneçilik və süni əngəllər olmasın, heç bir köməklik lazım deyil. Əngəllər olmasa, turizm özü-özünü çox gözəl inkişaf etdirəcək. Çox təəssüflər olsun ki, bizdə hələ də bəzi maneçiliklər var. Bu süni əngəllərə bizim imkanımız və gücümüz çatmır, bizdən asılı deyil”.

Strateq.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov “Turizm haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

Nazir müavini üzünü deputatlara tutaraq bildirib ki, ictimai müzakirələrdə onların dövlət qulluqçusu kimi deyə bilmədikləri fikirləri qoy millət vəkilləri söyləsinlər:

“İctimai formatda turizm problemlərinin müzakirələrinə tərəfdaram. Aidiyyatı şəxsləri cəlb etməklə turizm problemləri üzrə ictimai platforma yaradılmasını təklif edirəm. Biz mütəmadi olaraq ildə 2-3 dəfə görüşək və dövlət qulluqçusu olaraq deyə bilmədiyimiz məsələləri bu formatda müzakirə edək”.

Nazim Səmədov Azərbaycanın turizm qanunvericiliyinin yenilənməsində 12 il gecikdiyini bildirib:

“Dünya təcrübəsindən görürük ki, turizm elə dəyişən və sürətli sahədir ki, turizm haqqında qanun 5-7 ildən artıq aktual qalmır. Nəzərə alsaq ki, bizim əvvəlki qanunun qəbulundan 17 il vaxt keçib və onun yenidən hazırlanmasına 2 il də əlavə lazım oldu, o zaman deyə bilərik ki, 12 il gecikmişik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button