Nazirdən uşaqlarını məktəbə vaxtında qoymayan valideynlərə mesaj

1 sinif“Növbəti tədris ilində birinci sinfə gedəcək uşaqlarla bağlı dəqiq statistika aparılmayıb. Çünki hələ də müraciətlər olur”.
 
Təhsil naziri Mikayıl Cabbarov bunu ötənilki tədris ilində 6 yaşı tamam olmuş uşaqların vaxtında təhsilə cəlb edilməməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, növbəti beş ildə tədris müəssisələrində şagirdlərin sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. Ötən il 6 yaşını tamamlamış uşaqların vaxtında təhsilə cəlb olunmaması ilə bağlı böyük rəqəmlərlə qarşılaşdıq. Bu proses aidiyyəti üzrə yerli icra orqanların diqqət mərkəzindədir. Burada ictimayyətin, medianın, valideynlərin rolu böyükdür. Bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına, təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur”. Nazir qeyd edib ki, uşaqların vaxtında təhsilə cəlb olunmadığına görə inzibati tədbirlərin tərəfdarı deyil. Bunun üçün daha çox insanların “şüur”unun üzərində çalışmaq lazımdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button