Nazirdən işdən öz ərizəsi ilə çıxanlara müjdə: “Onlara da işsizlikdən sığorta ödəniləcək”

“Martda 2 milyon 300 mindən çox insanın sosialyönümlü ödənişləri Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına vaxtından tez icra edilib. Apreldə də eynilə belə olacaq, qrafik açıqlanıb, sabahdan ödənişlərə başlanır”.

Musavat.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında belə deyib.

S.Babayev öz ərizəsi ilə işdən çıxarılanların məsələsinə də toxunub: “Əvvəl əgər, vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa, onlara işsizlik sığortası ödənilmirdi. Artıq bu istiqamətdə silsilə tədbirlər hazırlanır.

Qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxslərə də işsizlikdən sığorta ödəniləcək”.

Nazir bildirib ki, il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button