Rubrikalar: GÜNDƏM XuralTAC

Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi

Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını təsdiq edib.

Trend-in məlumatına görə, bu qaydaya əsasən, Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycanın 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir. Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.

Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun “Pantone Red 032C” rəng koduna, palıd budaqlarının yaşıl rənginin “Pantone 7729C” rəng koduna, sünbüllərin sarı rənginin “Pantone 7548C” rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin “Pantone 111C” rəng koduna uyğunluğu təmin edilir.

Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!-VİDEO

Reaksiya TV-nin efirində növbədənkənar canlı yayın oldu və Əvəz Zeynallıya qarşı "Frenk Elkaponi" ləqəbli Fizuli Məmmədovun adamları tərəfindən ölüm təhdidi…

24 May 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

"Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi "İmamzada" kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan…

24 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Arif Seyidovun gözqamaşdıran sərvəti

Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oxu.Az-ın məlumatına görə,…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Rüstəm Usubov şair kimi cavab verdi: “Bundan sonra nə olacaq, bilmirəm”

“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”. Bu sözləri "Gununsesi.org"un sorğusuna cavab…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Almaniya “DQR nümayəndəsi”nin fəaliyyətini qadağan etdi

Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin əsaslarından biri və beynəlxalq aləmdə əsaslandırılması Azərbaycanın işğal olunmuş ərazilərində kukla…

22 May 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Tramp “köhnələr”ə qarşı savaş açdı – həbslər gözlənilir-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 21 may 2020-ci il   Zirvədə gedən savaşı anlaya bilməsək, ətrafımızda baş verənləri anlamaq şansımız heç…

22 May 2020
Xural.COM