Nazirlər Kabineti istefaya getdi

Yeni tərkib formalaşdırılana qədər əvvəlki tərkib fəaliyyət göstərəcək

Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindən sonra ilk sərəncamını imzalayıb.

Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin istefa verməsini nəzərə alan ölkə başçısı yeni tərkib formalaşdırılanadək səlahiyyətlərin icra edilməsini Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. İlham Əliyev 86,3 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Onun budəfəki səlahiyyət müddəti 7 ildir.

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər növbədənkənar prezident seçkilərini mənfi qiymətləndiriblər.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button