Neft Fondunun 110 milyonluq “bədxərcliyi”

06.02.2012

“Mədən Sənayesində Şəffaflıq” Koalisiyasının Şura üzvləri cəmi 110 nəfər işçisi olan Dövlət Neft Fondunun 23 mətrtəbəlik bina tikməsinə ehtiyac olmadığı qənaətini ifadə edirlər.

Ölkədə çoxsaylı sosial proqramlara ehtiyac duyulduğu halda belə böyük məbləğli investiya layihələrinin həyata keçirilməsi qəbulolunmazdır. Şura üzvü Məhəmməd Talıblı Fondun 85 milyon avro dəyəri olan yeni bina inşa etdirməsinə münasibət bildirərkən deyib.

Ölkə sosial proqramların yox, investisiya proqramlarının çoxluğundan yorulub. İqtisadçı 85 milyon avroluq layihənin texniki-iqtisadi göstəriciləri ilə tanış olmadan onun deyilən məbləğə adekvat olması haqda mülahizələrin özünü doğru saymır. Bu qədər vəsaitin bir inzibati binanın tikintisinə sərf olunması qəbul edilmir. Budcənin əhəmiyyətli hissəsi istər komitə, istər nazirlik və istər fondlar üçün belə inzibati binaların tikilməsinə yox, sosial xarakterli investisiya layihələrinə sərf olunmalıdır. İndiki halda isə bu ictimai vəsaitin səmərli idarəedilməsi baxımından yolverilməzdir. Təcrübədən bilnir ki, belə böyük inzibatı binaların tikintisi effektiv və yaxşı idarəetmənin nəticəsi olaraq meydana çıxır. Amma Neft Fondu toplam aktivlərinin idarə edilməsindən illik1%-dən də aşağı vəsait əldə edir. Bu zaman bu iderəetməni necə stimullaşdırmaq və mükafatlandırmaq olar?

Şəffaflıq və hesabatlılıq baxımından Neft Fondu digər dövlət qurumlarından öndədir, amma böyük təkmilləşdirməyə hələ də ehtiyac var. Amma qeyd edək ki, işçi heyətin ofis problemi olmayıb. Müşahidələrə əsasən Neft Fondunda çalışan əməkdaşların funksional, texniki-təşkilati fəaliyyət baxımdan sıxıntısı yoxdur. O zaman belə bahalı layihəyə niyə qərar verilib, onu anlamaq olmur.

Binanın 23 mərtəbədən ibarət olacağı deyilir. Dövlət Neft fondu isə bu qədər mərtəbəni əhatə edəcək qədər strukturlara malikdirmi?” sualına cavabında iqtisadçı deyib ki, bu inzibati bina üçün nəzərdə tutulan 85 milyon avroluq büdcə konvertasiya edilsə, 110 milyon ABŞ dolları edir. Neft Fondunda çalışan işçilərin sayı isə cəmi 110 nəfərdir. Bu isə fondun hər əməkdaşına 1 milyon dollarlıq inzibati xərc deməkdir. Bu 23 mərtəbli bina üzrə bölüşdürülsə bu hər mərtbədə təxminən 5 işçinin yerləşməsi deməkdir. Belə məhdud sayda əməkdaşın çalışdığı bir quruma bu qədər vəsaitin sərf olunması nəyə lazımdır? Onu da xatırladaq ki, Neft Fondunun “Nizami” kinoteatrında olan binasında 50 milyon manat həcmində təmir-tikinti işləri həyata keçirilib. İndi fondda 33 milyard dollar olduğu üçün bu vəsait kiçik görünür. Məlumat üçün deyək ki, 2001-ci ildə Neft Fondunun vəsaitləri 491,5 milyon dollar olub.

İqtisadçı onu da qeyd edib ki, indi Neft Fondunu vəsaitləri milyardlarla ölçülsə belə vəsaitlərin istifadəsində rasionallıq və səmərəlilik mütləq və mütləq olmalıdır.

Digər Şura üzvü Vüqar Bayramov hesab edir ki, Fondun 85 milyon avroluq dəyəri olan bina inşa etməsinə zərurət yoxdur. Hündürlüyü 117 metr, ümumi sahəsi 13 min kv. metr olacaq 23 mərtəbəli binada xidməti otaqları ilə yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur. Təxminən 110 milyon dollara başa gələcək binanın 17 min kv. metrlik istifadə sahəsi olacaq. 1 kv. metrin tikintisi 5176 manata başa gəlir. Bu isə Norveç Neft Fondunun binasının hər kvadratının inşası üçün çəkilən xəclərdən çoxdur. Fonda indiki ofisi də kifayət edir. Nəzərə alsaq ki, Fondda işçi sayı 110 nəfərdir, o zaman hökumət hər əməkdaşa 1 milyon dollara ofis yaratmaq istəyir. Fondin ştatı kiçik olduğundan bu günə qədər tikilmiş binaların hər hansı birində yer vermək olar. Neft Şirkəti üçün tikilməkdə olan böyük binada bir mərtəbənin Fonda verilməsi daha məntiqli olardı. V.Bayramov Fondun 23 mərtəbəni əhatə edəcək strukturlara malik olmadığını da qeyd edib. Fondun strukturuna icraçı direktor, vəsaitlərin idarə edilməsi müdriyyəti, maliyyə və əməliyyatlar müdriyyəti daxildir. Maliyyə və əməliyyatlar müdriyyətinin tərkibində isə iki struktur – Hesablaşmalar Departamenti, Mühasibat Uçotu və Hesabatı departamenti daxildir. Bundan əlavə fondun ayrıca departamentləri var. Bunlar Büdcə Proqnozlaşdırma və Layihələr Departamenti, Neft Kontraktları Departamenti, İnzibati Departament, İnsan Resursları Departamenti, Hüquq Departamenti, Təhlükəsizlik Departamentidir. İqtisadçı özünə yeni bina tikdirən Mərkəzi Bankın hazırkı binasının Fond üçün ofis rolunu oynaya biləcəyini nəzərə çatdırıb.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button