Neft istehsalı azalıb

neftNeftin qiymətinin düşməsi onun istehsalını azaldıb

xural.com   xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb.

Göstəricilərə əsasən, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-may aylarında 10,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox sənaye məhsulu istehsal edilib.

Mədənçıxarma bölməsində məhsul istehsalı 2,5 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 11,5 faiz artmış, neft hasilatı isə 0,9 faiz azalmışdır.

Sənaye məhsulunun 63,5 faizi mədənçıxarmada, 28,0 faizi emal bölməsində, 7,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Emal bölməsində qida məhsullarının istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 14,3 faiz, kimya sənayesi 2,0 dəfə, rezin və plastmas məmulatların istehsalı 8,2 faiz, tikinti materialları istehsalı 17,6 faiz, metallurgiya sənayesi 14,4 faiz, hazır metal məmulatların istehsalı və elektrik avadanlıqlarının istehsalı sahələrinin hər biri 1,9 dəfə artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 4,3 faiz artıb.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7,0 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 12,4 faiz artıb.

İstehsal edilmiş məhsulun 99,2 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2015-ci il vəziyyətinə 376,4 milyon manatlıq hazır məhsul olub.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button