“Neft qiymətləri 30 dollaradək enə bilər”

qubad-3

Doha toplantısı nefti bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdırdı.
Bu gedişlə neft qiymətləri 30 dollaradək enə bilər.

Altı saat gec başlayıb 8 saata qədər davam edən neft ixrac edən ölkələrin toplantısının Doha raundu gözlənildiyi kimi nəticəsiz oldu. Bu toplantında 6 ay müddətində neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaq təşəbbüsü ilə çıxış edən Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələr istədiyi qərarı ala bilmədiyindən daha pis duruma düşdülər. Nəticədə də dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi. İranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha açınacaqlı görsənir. Belə ki, 2017-ci ilin martınadək gündəik ixracatını 4 milyon barrelə çatdırmaq istəyən İran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər. Bu ölkədə yanız son 1 ayda xam netin ixracatında 600 min barrel artım qeydə alınıb. Hazırda gündə 10,4 miyon barrel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barrelə çatdıra bilər. Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə ucuzlaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə qısa müddətdə neftin 1 barreli 35 dollaradək ucuzlaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də var.
Bu toplantı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti neftlə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır. Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button