“Neftçi” Konfrans Liqası ilə vidalaşdı

Yayımlandı: 12 Avqust 2022 01:10

120 dəqiqənin sonunda sevinən “Rapid” oldu

“Neftçi” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununu keçirib.

“Ağ-qaralar” Avstriyada “Rapid”lə (Vyana) üz-üzə gəlib. Bakıda keçirilən ilk oyunda “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı. Vyana səfərində Azərbaycan klubuna heç-heçə də bəs edirdi.

“Rapid”in 66-cı dəqiqədə vurduğu qol ümumi hesabı bərabərləşdirdiyindən, oyunu əlavə vaxta daşıyıb. Avstriya komandası bir də 113-cü dəqiqədə “Neftçi”nin qapısına yol tapıb. 2:0 hesablı qələbə “Rapid”i Konfrans Liqasının pley-off mərhələsinə çıxarıb. “Neftçi” üçün isə bu mövsüm avrokubok macərası başa çatıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button