“Neftçi” Konfrans Liqasında növbəti qələbəsini qazandı

Yayımlandı: 4 Avqust 2022 23:15

Avstriya komandası Bakıdan məğlub yola salındı

“Neftçi” klubu bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

“Ağ-qaralar” ilk matçına doğma publika önündə çıxıb. Rəqib isə Avstriyanın “Rapid” (Vyana) komandası olub. “Neftçi” 60-cı dəqiqəyə kimi hesabda 2:0 öndə olsa da, matça əlavə olunmuş son dəqiqədə “Rapid” qollardan birinin əvəzini çıxıb – 2:1.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Avstriyada keçiriləcək.

“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini mübarizədən kənarlaşdırmışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button