Neftin qiyməti qalxdı

Avropa İttifaqının İrana qarşı yeni sanksiyalar tətbiq etməsi dünya birjalarında neftin qiymətinin artmasına səbəb olub.  Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar qalxaraq 99,58 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 72 sent bahalaşaraq 110,58 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatına görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,36 dollar artaraq 112,81 dollara satılıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button