Neftin qiyməti 1 il ərzində 50 dolların üzərinə qalxacaq

neft

Qətərin Enerji naziri və OPEC-in keçmiş sədri Məhəmməd bin Saleh Al-Səda, neftin qiymətinin 1 il ərzində 50 dolların üzərinə qalxacağını bildirib.

Məhəmməd bin Saleh Al-Səda istehsalın yanvar ayının səviyyəsində dondurulması istiqamətində başladıqları təşəbbüsün dəstək qazanmaqda olduğunu bildirərək təşəbbüsün uğurlu olması halında qiymətlərin 1 il ərzində 50 dollar/barel səviyyəsinin üzərinə çıxacagını söyləyib.

Xural.com marja.az-a istinadən bildirir ki, CNN-ə danışan Al-Səda, “Hazırda neft qiymətlərini dəstəkləmək üçün ən tətbiq olunan biləcək təklif, istehsalı yanvar ayı səviyyəsində dondurmaqdır. İstehsalı dondurmaq təklifinin getdikcə daha çox dəstək qazanmasını gözləyirəm. Bu bütün tərəflərin mənafeyinə uyğundur”, – deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button