Neftin qiyməti 20 dollaradək aşağı düşə bilər – Bu artıq reallıqdır

Maliyyə bazarlarında üçüncü gündür ki, davam edən hərc-mərclikdən sonra dünyanın neft hasil edən aparıcı ölkələri neft qiymətlərnin hər barrelə görə, mümkün 20 dollara qədər enməyinə hazırlaşır.

Brent markası 2009-cunilin fevralından bəri ilk dəfə qısa müddətdə hər barrelə görə 40 dollardan aşağı düşdü. Neft karteli OPEK-in bazarı sabitləşdirmək üçün uğursuz cəhdindən sonra birjalarda gəlirlərin 8% azalması qeydə alınıb.

Lakin Rusiyanın ən yaxın aylarda neft qiymətlərinin yarıbayarı azalacağı təqdirdə ona əlavə büdcə ixtisarları gərəkəcəyini bildirəndə, neft analitiklərinin bu fasilənin uzunömürlü olmayacağı haqda xəbərdarlığı yeni təsdiqini tapdı.

Maliyyə nazirinin müavini Aleksey Moiseyev Reuters agentliyinə bildirb:

“Neft 20 dollara qədər düşsə, bizə əlavə ixtsarlar lazım olacaq. Söz yox, neftin qiyməti, deyək ki, 60 dollar olarkən ixtisarlara getməyə hazır olduğumuzu göstərdik. Lakin 40 dollarlıq qiymət müqabilində uzunmüddətli dayanıqlığı təmin etməkdən ötrü  bizə əlavə ixtisarlar lazımdır. Neft 20 dollara qədər düşərsə, onda daha böyük ixtisarlara getməli olacağıq”.

Nefin qiyməti 100 dolları keçərkən dünyanın ən böyük neft hasilatçısı ölkələri – Rusiya və Səudiyyə Ərəbistanı məsrəfləri artırdı.

2014-cü ilin avqustunda qiymətlər ən yüksək həddə idi, lakin sonra enmə başladı və OPEK ölkələri maliyyə çətinlikləri ilə üzləşdi. Lakin Səudiyyə Ərəbistanı şistli neftin hasilatı üzrə Amerika şirkətlərinin timsalında rəqiblərin aradan qaldırılmasına yönəlmiş aşağı qiymət strategiyasını dəyişdirməkdən imtina etdi.

OPEK cümə günü Venada görüş keçirdərkən qiymət artımı üçün bu kartelin hasilatı azaldacağına ümidlər doğrulmadı. Bu, qiymətlərin yenidən düşməsinə səbəb oldu.

BP-nin keçmiş rəhbəri lord Braun Bloombeg TV-yə müsahibəsində neft qiymətlərinin yarıbayarı azalması imkanlarını istisna etmədi.

Neft qymətlərinin 10 dollardan 100 dollara qalxdığı 1995-2007-ci illərdə BP-yə başçılıq etmiş Braun neft qiymətlərinin 20 dollara qədər düşüb-düşməyəcəyi haqda sualı cavablandırarkən bildirdi ki, ən yaxın perspektivdə mümkünsüz heç nə yoxdur. O, əlavə etdi: “Yəqin ki, uzunmüddətli perspektivdə 20 dollardan danışmaq düzgün olmazdı, lakin mən bu cür uzağa boylana bilmərəm”.

Çinin zəif ixracat göstəriciləri çərşənbə günü neft və metalın qiymətlərinin enməsinin ilk dalğasını doğurdu. Dəmir filizi 10 illik minimuma qədər endi və eyni zamanda sink, qurğuşun və nikelin də qiymətləri düşdü. Qiymətl kağızlar bazarında satışın əsas ağırlığı dağ-mədən şirkətlərinin üzərinə düşdü.

Londonda Britaniyanın FTSE 100 fond birjasının indeksi 1,42%  endi. Almaniyaın Dax birjası günün sonunda 212 bənd düşərək, demək olar, 2% itirdi. Nyu-Yorkda isə alverin başlanğıcında Dow Jones 150 bənddən çox aşağı düşdü.

Spreadex-dən Konnor Kempbell bu haqda deyir:

Üfüqdə xammal qiymətlərinin bu günki enişinin dayandırılacağına işarən edən, demək olar, heç nə yoxdur. Çox güman ki, sabah vəziyyət daha pis ola bilər. Çünki ticarət balansı haqda bu günki məlumatlar üzrə mühakimə yürüdülsə, Çindəki inflyasiya üzrə tək günü səhər dərc edilmiş məlumatlar asanlıqla gözlənildiyindən aşağı ola bilər”.

Pantheon-dan britaniyalı iqtisadçı Semüel Tumz dedi ki, neft qiymətlərinin daha bir enişi İngiltərə Bankının faiz tariflərinin artırılmasından imtinasına səbəb ola bilər.

“Neft qiymətlərinin azalmasının dayanacağından çıxış etsək, onda infilyasiya oktyabr göstəricilərindən – 0,1%-dən martda 1%-ə qalxa bilər”.

Tumz sonra bildirdi: “Bu, həyəcan siqnalıdır, lakin İngiltərə Bankının kredit-pul siyasəti üzrə Komitəsində əksəriyyəti tariflərin artırılmasının zərurətinə inandırmaqdan ötrü bu cür göstəricilər yetərli deyil. Neft qiymətlərinin 30 dollardan aşağı enməsi baş versə, bu, istehlak qiymətlərinin artımını 1%-lik nöqtədən aşağıda saxlanmasının qabağını ala bilər, həmçinin Komitə inanar ki, bir neçə ay tarifləri dəyişmək lazım deyil”.

Capital Economics Konsaltinq firması bildirdi:

“Brent markasının indiki hər barrelə görə 40 dollardan aşağı düşməsi, OPEK-in ötən cümədəki görüşündən sonra daha öldürücü hökmdür. Lakin bu qurumun qiymətlərin qalxması xatirinə hasilatı azaldacağı ehtmalı onsuz da çox aşağı idi. Gələn il qiymətin qalxması OPEK-ə daxil olmayan ölkələrin təklifi azaldacağından, həmçinin tələbatın artacağından asılı olacaq.  Güman ki, gələn il neftin qiyməti qismən bərpa olunacaq”.

Larri Elliot

The Guardian (Böyük Britaniya), 10.12.2015

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button