Nemət Pənahlı ayağa qalxmadı

Nemət Pənahlı: “Mən mütəşəkkil cinayətkar dəstənin qarşısında ayağa qalxmıram”…

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində Nemət Pənahlının və onun dostu Ceyhun Fərzullayevin apelyasiya şikayəti üzrə hazırlıq iclası başlayıb.

Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 8-də tutulublar. Onlar silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham ediliblər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər. İyunun 17-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı Ceyhun Fərzullayevin üzərindən götürülüb. Həmin gün məhkəmə Nemət Pənahlını 6, Ceyhun Fərzullayevi 4 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya şikayəti məhkəmənin bu hökmündən verilib.

Nemət Pənahlının qardaşı Səməd Pənahlı “Media forum” saytına bildirib ki, hazırlıq iclası başlayan kimi hakim Əflatun Qasımov Nemət Pənahlı barədə protokol bağlayıb: “Hakim məhkəmə zalına gələndə elan olundu ki, hamı ayağa qalxsın. Nemət bəy qalxmadı. Hakim özü bir daha elan etdi ki, ayağa durmaq lazımdır. Lakin Nemət bəy bildirdi ki, hər kəs ədalət məhkəməsi önündə ayağa qalxmalıdır, mütəşəkkil cinayətkar dəstənin qarşısında mən ayağa qalxmıram. Bundan sonra hakim bu hərəkətin protokollaşdırılmasına göstəriş verdi”.

Səməd Pənahlının sözlərinə görə, hazırlıq iclası Ceyhun Fərzullayevin vəkili Elçin Əliyevin gəlməməsi səbəbindən avqustun 4-ü saat 16.00-dək təxirə salınıb.

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button