Nemət Pənahlı ilə bağlı məhkəmə keçirilib

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının yol hərəkəti qaydalarını pozmasına görə cərimələri ödəməməsi ilə bağlı məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb. Bu qərarı fevralın 14-də Nəsimi Rayon Məhkəməsi çıxarıb.

Qısa məhkəmə iclası N.Pənahlının iştirakı olmadan keçirilib. N.Pənahlı məhkəməyə çağırılıb, amma iclas zalına buraxılmayıb.

N.Pənahlı cərimələri ödəməkdən imtina edir. O bildirir ki, cərimələr barədə bildiriş çox sonra gəlib və qayda pozuntularının elektron qeydiyyatı sisteminə vaxtında daxil edilməyib.

“Bu məhkəmə işi siyasi məqsəd daşıyır və mənim vətəndaş fəallığımın məhdudlaşdırılmasına yönəlib”, – N.Pənahlı Turan-a bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button