Nemət Pənahlının apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının apellyasiya şikayətinə baxılıb.

N.Pənahlı inzibati qaydada həbs olunması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından şikayət verib.

Məhkəmə N.Pənahlının şikayəti təmin etməyib və onun barəsində 30 sutka inzibati həbs qərarı qüvvədə qalıb.
N.Pənahlıya ötən həftə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.

Bizimyol.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button