Nemət Pənahlının evi satışa çıxarılır

Qardaşımın başından bir tük əskik olsa, İlham Əliyevdən biləcəyəm…

Hazırda həbsdə olan Nemət Pənahlı evi hərraca çıxarılacaq. Bu barədə Nemət Pənahlının qardaşı Səməd Pənahlı bildirib.

Onun sözlərinə görə, 1 saylı inzibati iqtisadi məhkəmədən ərizə gəlib. Pənahlı iddiaçı tərəfin Bakı Şəhər Vergilər Departamenti olduğunu deyib. Bir müddət bundan əvvəl iqtisadi fəaliyyətə görə 400 manat cərimə olunduqlarını deyən S.Pənahlı bu səbəblə iyulun 13-də məhkəmə olacağını və məhkəmədə N.Pənahlının evini hərraca çıxarmaq qərarının verilə biləcəyini vurğulayıb.

Pənahlı bildirib ki, Nemət Pənahlının vəkili onunla görüşüb. Vəkil artıq Pənahlının qan şəkəri olduğunu bildirib. Səməd Pənahlı indiyədək nəsillərində heç kimin bu xəstəliyə tutulmadığını qeyd edib. Onun sözlərinə görə, əgər qardaşının başından bir tük əskik olsa bunun məsuliyyətini ölkə rəhbərliyi daşıyacaq. O, ailəsinin Türkiyədən rəsmi sığınacaq istəyəcəklərini söyləyib: “Hamı Nemət Pənahlıya deyirdi ki, Avropaya müraciət et. Qardaşım da deyirdi ki, mən öz dövlətimdən, prezidentimdən heç kimə şikayət etmərəm. Amma artıq bu biabırçılığa son qoyulmalıdır. Mən özüm Avropaya müraciət edəcəyəm. Bir neçə dildə qardaşımın fəaliyyəti ilə bağlı disklər yazdıracağam”.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button