Nicat Əmiraslanov “yoxa çıxıb”

Yayımlandı: 15 İyun 2024 22:42

Ailəsi saatlardır onu axtarır

İctimai fəal Nicat Əmiraslanov iyunun 15-i, səhər saatlarından etibarən “yoxa çıxıb”.

Yaxınlarının sözlərinə görə, qohumlarının toyuna getməyə hazırlaşan ictimai fəal anasına “5 dəqiqəyə gəlirəm” deyərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Ondan sonra Nicat Əmiraslanovdan xəbər almaq mümkün olmayıb. Ailəsi saatlardır ictimai fəalı axtarır.
Onun saxlanıldığı güman edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bu haqda onlarda məlumat olmadığı bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən də eyni cavab verilib, məsələni araşdırlacaqları deyilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button