NİDA fəalı həbs edilib

Yanvarın 16-da Bakının Binəqədi rayon Məhkəməsi NİDA Vətəbdaş Hərəkatının fəalı Rahim Vəliyev barəsində 15 sutka inzibati həbs qərarı verib. Bu barədə NİDA Vətəndaş Hərəkatı facebook səhifəsində məlumat yayıb.

Rəsmi qurumlar Rahim Vəliyevin həbsi ilə bağlı hələ məlumat yaymayıb. Fəalın hansı ittihamla həbs edildiyi bilinmir.

NİDA Vətəndaş Hərəkatı isə həbsin səbəbini belə izah edir.

“Bu məlumatı indicə Rahim Vəliyevin özü ailəsinə zəng edərək bildirib. Bu gün Binəqədi rayon Məhkəməsi Rahimlə bağlı bu qərarı verib. NİDA Vətəndaş Hərəkatı üzvümüzün həbsini onun facebookda yazdığı tənqidi statuslarla əlaqələndirir. Rahim Vəliyevə azadlıq tələb edirik. Tənqidi statuslar və müxalif fəaliyyətə görə insanları həbs etməklə heç nəyə nail olası deyilsiniz”, NİDA-nın məlumatında deyilir.

Rahim Vəliyev həbsi facebook səhifəsində (https://www.facebook.com/balkonsky92) Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin iqtisadi yekunları ilə bağlı iclasında çıxışına tənqidi statuslarından bir neçə gün sonraya təsadüf edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button