Nigar Yaqublu Seymur Həzidən danışıb

Həbsdə olan jurnalist Seymur Həzinin həyat yoldaşı Nigar Həzi onunla görüşdən sonra Novator.az-a danışıb.

“Azadlıq” qəzetinin əməkdaşı, AXCP-nin öncül şəxslərindən olan Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Seymur Həzi isə ittihamı rədd edir və hakimiyyəti tənqid edən yazılarına, çıxışlarına görə həbs olunduğunu bildirir.

Jurnalistin həbsindən 3 il 2 aydan çox vaxt keçib. Yəni Seymur Həzi ona verilən cəzanın yarıdan çoxunu çəkib. İlin sonuna onun cəzasının üçdə iki hissəsi də tamam olur. Seymur Həzi vaxtından əvvəl azadlığa çıxmaq hüququndan istifadə etmək niyyətindədirmi? Nigar Həzi saytın sualına cavab olaraq deyib ki, həyat yoldaşı bu niyyətlə hər hansı addım atmayıb: “İndən belə də bununla bağlı müraciət edəcəyini sanmıram”.

Nigar Həzi qeyd edib ki, Seymur Həzinin saxlanma şəraitindən və səhhətindən şikayəti yoxdur: “Əhvalı yaxşıdır. Həbsxanada vaxtını, demək olar ki, kitab oxumaqla keçirir. Görüşə gəldikdə, sadəcə ailə üzvləri – ata-anası, bacı-qardaşı və mən bu imkandan yararlana bilirik”.

Seymur Həzi Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Seymur və Nigar 2016-cı ilin avqustunda ailə qurublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button