Nika Melia həbs olunmadı-Deputat girov müqabilində buraxıldı

Tbilisi Şəhər Məhkəməsi ötən gün deputat toxunulmazlığı ləğv olunmuş müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvü Nika Melia ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb.

Hakim Temur Qoqoxia bildirib ki, keçmiş deputata yaşadığı yeri məlumat vermədən və istintaq orqanının razılığı olmadan tərk etmək qadağan olunub.

Müdafiə tərəfi N.Melianın 10 min lari girov müqabilində azadlığa buraxılmasını tələb edib.

Gürcüstanın Baş Prokurorluğu isə məhkəmədən N.Melianın həbsini xahiş edib.

Qeyd edək ki, keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda təqsirləndirilir. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir/Report.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button