Nikol Paşinyan: “Bəyəm Şuşa ermənilərə lazım idi?”

“Deyirlər, Şuşanı satmışıq. Şuşanı kim satıb? Əgər satmışıqsa, son 30 il ərzində satmışıq. Ona görə ki, Şuşa bədbəxt, boz şəhər idi”.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün  parlamentdəki çıxışı zamanı deyib.

“Bizə Şuşa lazım idimi? Əgər lazım idisə, niyə belə vəziyyətdə idi? Bizə bu “azad edilmiş ərazilər” lazım idimi? Əgər lazım idisə, niyə?.. İndi deyirlər ki, niyə “Qarabağ prezidentinin” (keçmiş qondarma “dqr”in “lideri” Araik Arutyunyan nəzərdə tutulur – red.) inauqurasiyası Şuşada keçirilib? Təsəvvür edin, 30 il bütün erməni elitası hesab edirdi ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və “Qarabağ prezidentinin” orada tədbir keçirmək haqqı yoxdur. Bax, Şuşa şəhəri onda-fikirlərdə olmayanda satılmışdı. Əgər beyinlərdə olsaydı, belə sual ortaya çıxmazdı”, – o bildirib.

Onun sözlərinə görə, bu ərazilər oktyabr ayında təhvil verilməyib, bu ərazilər 30 ildi təhvil verilmişdi, orada hər yeri alaq otları basanda.

Paşinyan qeyd edib ki, son 30 il ərzində onlar aşağıdakı məntiqlə yaşayıblar: müharibə istisna olmaqla düşmənə bir qarış da torpaq verməmək: “Biz hətta onların arasında ziddiyyət olduğunun fərqinə varmadıq”.

“Biz bu seçimi son iki il yarımda etdik. Bəlkə pis bir seçim idi. Bəlkə də başa düşmədik ki, bu seçim üzərində işləməyə macal tapmayacağıq və biz bu seçimdə məğlub olduq. Şəxsən mən buna görə tam məsuliyyət daşıyıram. Son 30 ildə şüurumuzda kök salmış “pul verəcəm, orduda xidmətdən azad olacağam” vətənpərvərlik modelinə yenidən baxmaq lazım idi”, – deyən Paşinyan ictimaiyyətin ondan cavab tələb etməli olduğunu söyləyib, amma əlavə edib ki, o da çoxlarından cavab tələb etməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button