Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Niyə uduzuruq?

Zəlimxan Məmmədli
“Borçalı Cəmiyyəti”nin sədri

Yaddaş üçün işğal xronikası…

Son 200 ildə Azərbaycanı iki hissəyə böldülər. Güney Azərbaycan fars şovinizminin əsarəti altındadır. 1920-ci il 10 avqustda Naxçıvanın Şərur-Dərələyəz bölgəsi Ermənistana verildi. 1920-ci il noyabrın 30-da Zəngəzur Ermənistana verildi. 1988-ci ildə isə Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycan türkləri dədə-baba yurdlarından qovuldular. Dərbənd 1921-ci ildə Rusiyanın tərkibinə qatıldı, işğal edildi. Ermənistan ordusu tərəfindən Rusiyanın birbaşa dəstəyi ilə Dağlıq Qarabağ və ona qonşu olan 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal olundu. Tarix üçün çox da böyük olmayan zaman kəsiyində tarixi Azərbaycan ərazilərinin böyük hissəsi işğal edilmiş, bölük-bölük olmuşdur… Borçalı üzərində oyunlar oynanılması da zaman-zaman bu və ya digər formada təzahür etməkdədir.

Bölücü mərkəzlər və milli dirəniş

Müşahidələrimə görə əsas səbəb XIX əsrin əvəllərindən Azərbaycan türk milli kimliyinin bu coğrafiyada aparıcı olmasının istəməyən bir sistemin mövcudluğudur. Bu gün də həmin xətt aparıcıdır. Bu xəttin başında Rusiya (velikorus şovinizmi) – İran(fars şovinizmi), Erməni faktoru, onlarla iş birliyində olan qüvvələr durur. İki əsrdən çoxdur ki, Azərbaycan türklüyünün etnogenosidə məruz qalmasına baxmayaraq millətimizin genetik yaddaşı zaman-zaman dirəniş göstərməkdədir. Güneydə Səttarxan, Xiyabani, Pişəvəri hərakatları, Şimalda M.Ə.Rəsulzadə və Ə.Elçibəy hərakatı məhz türk ruhunun dirçəlişi, işğaldan qurtulmaq prosesi hesab oluna bilər. Son 200 ildə Azərbaycanda cəmi 4 il – 1918-20-ci illər, 1945-46 və 1992-93-cü illərdə türk milli iradəsi hakim olmuşdur ki, məhz həmin dövrlər Azərbaycan xalqı milli-demokratik islahatlar müəllifi, müsəlman Şərqi və Türk dünyasında demokratik reformalar müəllifi kimi tarixdə möhürünü vurmuşdur.

Türk zehniyyətini çökdürmək üçün düşmənlər səfərbərdir

Çağdaş zamanımızda milli ruhun öndə olduğu və zəfərləri yaşadığımız bir neçə nümunə göstərəcəm. 1992-ci ildə Azərbaycan Sambo Federasiyasının prezidenti seçildim. Sovetlər dönəmində SSRİ komandaları arasında 8-ci yerdən yuxarı qalxa bilməyən milli yığma komandanı dünyada ilk beşliyə çıxara, hətta Avropa çempionu edə bildik. Avropa Sambo Federasiyasının ofisini Bakıya gətirmək və komanda olaraq Dünya birincisi olmaq şansımızı isə naqisliklər və antitürk mərkəzlərinin ayıq düşməsi əngəllədi. Həmin dönəmdə əleyhimə səslənən qara piar tezislərinin “Borçalı Cəmiyyəti”nin zəfərləri dönəmindəki qarayaxmalarla eynilik təşkil etməsini də təsadüfi hesab etmirəm.

Borçalı türklərinin yolundakı əngəllər…

Uzun müddət durğunluqdan sonra “Borçalı Cəmiyyəti” 2009-cu ildən başlanan yeni dönəmə əvvəlki yanaşmadan tam fərqli proqram təqdim etdi. “Borçalı Cəmiyyəti”nin yeni dönəm uğurları əksəriyyətin diqqətini Borçalı türklərinə yönəldə bildi. Elat bayramı milli dastan kimi möhürünü vurdu. Hazırladığımız layihələr, təkliflər, qanun və dövlət proqramı layihələri, Borçalı türklüyünün Türk dünyasına tanıdılması istiqamətində “Borçalı Cəmiyyəti”nin uğurları mütləq anlamda milli maraqların qorunmasına və uğuruna hesablanmışdı. “Borçalı Cəmiyyəti”nin bu yüksəlişi də qeyd olunan mərkəzlərin maraqlarına cavab vermirdi.
Milli kimlik, inanc hər kəsin doğal haqqıdır. Bizi türklükdə, elçibəyçi, cəbhəçi, müxalifətçi, siyasətçi olmaqda ittiham edənlər də Türk millətinin düşmənlərinin hazırladığı tezislər idi. Dirənişimizin israrlı olduğunu dərk edənlər daha radikal, qeyri – hüquqi və qeyri – insani metodlara yer verdilər. Gürcüstana girişimizə yasaqladılar, Elat bayramının adının dəyişməsinə əl qoydular. “Borçalı” adlı müxtəlif təyinatlı qurumların və fəaliyyətin də təsadüfi olmadığı düşüncəsindəyəm. Əgər bu qurumlarda Borçalı elinin və mövcud təşkilatın güclənməsi hədəf deyilsə, əksinə onun yolunda, təşəkkülündə bir əngəldir.

Çağdaş siyasi tariximizə nəzər salaq…

Azərbaycan Xalq Hərəkatı on illərdir yığılmış enerjinin sıçrayışı, tarixi yaddaşın ədalətsizliklərə qarşı etirazının təzahürü idi. Azərbaycan xalqı təşkilat forması olaraq Azərbaycan Xalq Cəbhəsini qurdu, liderini, təbii seçimlə onun komandasını formalaşdırdı, öz milli hakimiyyətini qurdu, süquta uğradılmış M.Ə.Rəsulzadə ideyalarını yenidən aparıcı etdi. Bu dövr millətin ruhunun hakimiyyətdə olduğu qızıl dönəm idi…
Düşmən aydın görürdü ki, bu gedişlə Azərbaycan demokratikləşəcək, dünyada söz sahibinə çevriləcək, bütövləşəcək, Qarabağ düyünü açılacaq, Türk dünyasının mənəvi birliyi baş verəcək, Avroasiya zolağında yeni mənzərə yaranacaqdır. Məhz buna görə milləti lidersizləşdirmək, komandasızlaşdırmaq və təşkilatsızlaşdırmaq antimilli mərkəzlərin əsas hədəfi oldu. Bunun üçün 1992-93-cü illər ərzində Bakı şəhəri və onun ərtafında minlərlə muzdlu insan Elçibəy, milli hakimiyyət, AXC əleyhinə əks təbliğata səfərbər olundu. Bu prosesə muzdlu jurnalist ordusunun, eyni zamanda təşkilatdaxili siyasi qrupların stimullaşdırılmasını da əlavə etsək, mənzərə daha da aydınlaşar.
Azərbaycan insanını ictimai-siyasi proseslərdən uzaqlaşdırmaq, millin ruhu və mübarizə əzmini öldürmək, təşkilatın dayaqlarını sarsıtmaq, kənar güclər olmadan Qarabağ problemində pozitiv nəyəsə nail olmağın mümkünsüzlüyünü aşılamaq işğalçı mərkəzlərin əsas istəkləridir. “Millətimiz demokratiyaya hazır deyil” kimi tezislər də ideoloji –siyasi təxribat olmaqla inkişaf yolundan sapdırmağa hesablanan diversiyalardır. Son 26 ildə mövcud hakimiyyət və onlar yaxın mərkəzlər AXC, M.Ə.Rəsulzadə-Elçibəy yolunu yorulmaq bilmədən daşlamaları da bu sistemin tərkib hissəsinə bənzəyir.

Yekun çağrı

Uduzmağımızın kökünü genetik quruluşumuzda deyil, zehniyyətimizi və inkişaf yolumuzu işğal etmiş mərkəzlərdə aramaq lazımdır.
İlk növbədə təşkilatlanma və mövcud insanın azad düşüncəsi və gücünə arxalanan milli ruhlu təşkilatların qorunması milli vəzifəyə çevrilməlidir. İnsanları siyasətə, ictimai fəallığa təşviq edən maarifləndirici fəaliyyətə, alternativ, yeni təfəkkür daşıyıcısı olan ideoloji mətbu orqanlara, siyasi maarifləndirməyə ciddi ehtiyac var.
28 ildir ki, ərazi baxımından müstəqil dövlətik. Amma Xalqın ruhu hakim deyil. Bu vəziyyət belə davam edərsə, millət olaraq uduzacağıq və hətta müstəqilliyimiz təhdidlə daim üz-üzə olacaq.

Qonşu Gürcüstan nümunəsi var

Gürcü milləti öz inkişaf yolunu – Avrointeqrasiya, demokratik islahatlar yolunu müəyyən etdi. Gürcüstanın daxilində bütün millətlər, dinlər, qruplar bu nailiyyətdən payçıdırlar. Borçalı türkləri də ümumgürcüstan ailəsinin ayrılmaz parası olaraq sürətlə inkişaf etməkdə, özlərini daha aydın formada ifadə etməkdədirlər. Bu, həm də, Borçalı türklərinin gələcəyinin daha parlaq olması haqda optimist olmağımıza inam aşılamaqdadır. Bizlər də bir həqiqəti aydın dərk etməliyik: -Bütün problemlərimizin açarı öz əlimizdədir! Millətimizin iradəsinin məğlubedilməzliyinə inanmalıyıq. Həm də, inandırmalıyıq. Milli zehniyyətimizin işğaldan azad olunması hər kəsin namus məsələsinə çevrilməlidir.
“Borçalı Cəmiyyəti”…. Mütləq anlamda yaşamalı, qüdrətlənməli, hamı, yenə də hamı əl qoymalıdır…

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib

Onun və mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım…

6 Dekabr 2019
  • CƏMİYYƏT
  • XuralTAC

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. Xural.com xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat…

6 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Bratislavada nə baş verib?-Ermənistan müxalifəti izahat tələb edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan son görüşü Ermənistan müxalifətini şübhələndirib. Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki,…

6 Dekabr 2019
Xural.COM