Nizami rayon prokurorluğunda haqsızlıq

Sabiq rəis Nofəl Məhərrəmovun özbaşınalıqlarına göz yuman Aqşin Ziyadova Bakı şəhər Prokuroru Əziz Seyidov da qoşuldu

Nizami rayon Polis İdarəsində, Nizami rayon Prokurorluğunda və altı aydan çoxdur ki, Nizami rayon Məhkəməsində iki qardaşın, Röyal və Xəyal Məmmədovların barəsində başlanmış cinayət işi qurtarmaq bilmir. Bu barədə dövri mətbuatda və elektron informasiya vasitələrində dəfələrlə geniş məqalələr dərc olunub. Sözügedən rayonun sabiq rəisi Nofəl Məhərrəmovun vurularaq Xaçmaz rayonuna göndərilməsinin də birbaşa bu işlə bağlılığı az olmayıb. Qeyd etdiyimiz kimi, hər şeyi başlayan – rayonun əvvəlki rəisi Nofəl Məhərrəmov olub. 2014-cü ilin dekabrın 15-dən 16-na keçən gecə Nizami rayon Polis İdarəsi 23-cü polis bölməsinin cinayət axtarış üzrə kiçik əməliyyatçısı işləmiş Röyal Məmmədov azyaşlı qızı cinsi istismara məruz qoyan dəstəni ələ keçirdikdən sonra hər şey bir gecənin içində dəyişir. Dekabr ayının 17-də keçmiş rəis Nofəl Məhərrəmovun göstərişi ilə Röyal Məmmədovun ərizəsi alınır və ayın 14-ü tarixinə rəsmiləşdirilir. Röyal Məmmədovun polis olmağı və özbaşına hərəkətlərə yol verdiyinə görə CM-nin 322.2 maddəsi ilə onun barəsində cinayət işi başlanılır. Heç bir istintaq hərəkəti aparılmadan Röyal Məmmədov 6 ay təcridxanada saxlanıldıqdan sonra maddə dəyişdirilir və o sərbəst buraxılır. Bu hadisədən təxminən bir ay sonra digər qardaş Nizami rayon Polis İdarəsinin cinayət axtarışı üzrə kiçik əməliyyatçısı Xəyal Məmmədovun da işdən öz xahişi ilə çıxması barədə ərizə yazmağı təklif edirlər. Xəyal Məmmədov isə ərizə yazmaqdan imtina edir. Lakin rəis müavini Ədalət Əliyev tərəfindən yoldaşlıq məhkəməsi adı ilə işdən kənarlaşdırılır. Xəyal Məmmədovu isə polis adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə maddəsi ilə işdən uzaqlaşdırırlar.

Bütün yuxarıda qeyd edilənlərin bir böhtan olduğunu yaxşı bilən və şeytana uyduğunu etiraf edən keçmiş rəis görün daha hansı əməllərə əl atır. Xəyal Məmmədovun Nizami rayon Prokurorluğunda sübut olunmayan cinayət işi xitama verildikdən sonra sözügedən rayon Polis İdarəsində işləyən polis nəfəri Səfər Ələkbərovu öyrədərək guya sürücülük vəsiqəsi düzəltmək adı ilə 2014-cü ilin oktyabr-noyabr aylarında 1800 manat pul verdiyini və geri ola bilməməsi barədə Nizami rayon Prokurorluğuna ərizə verdirirlər. Qəribə burasıdır ki, həmin Səfər Ələkbərov Nizami rayon Polis İdarəsində sürücü kimi işləyirmiş. Sürücülük vəsiqəsi olmayan bir şəxsin sürücü işləməsi nə qədər məntiqə və qanunauyğun bir haldır. Bu günə qədər Səfər Ələkbərov Nizami rayon Prokurorluğuna 4 müxtəlif ərizə ilə müraciət edib. Əvvəlki ərizələri bu şəxs rəis olmuş Nofəl Məhərrəmovun göstərişi ilə yazıbsa, sonuncunu rəis müavini Ədalət Əliyevin göstərişi ilə yazıldığı açıq-aydın görsənməkdədir. Çünki iş xitama gedərsə, Xəyal Məmmədovun cinayət əməli sübuta yetirilmir və Ədalət Əliyev işdə yol verdiyi səhlənkarlığa və özbaşınalığa görə məsuliyyət daşımalı olur. Bu işdə Ədalət Əliyevi Nizami rayon Prokuroru Aqşin Ziyadov, müstəntiq Nəzər Fərzəliyev, Bakı Şəhər Prokurorluğunun İstintaqa Nəzarət İdarsəsinin rəisi Rövşən Maqsudov və Bakı Şəhər Prokurorunun müavini Azər Əsgərov kömək edirlər. Bu, həmin Azər Əsgərovdur ki, digər qardaş Röyal Məmmədovun barəsində ittihama imza ataraq günahsız yerə 6 ay həbs etdilib.

Xəyal Məmmədovun vəkili Namiq Hacıyevin vətəndaş Səfər Ələkbərovun yalan və böhtan xarakterli ərizəsi əsasında Nizami Rayon Prokurorluğunun müstəntiqi Nəzər Fərzəliyevin icraatında olan cinayət işi üzrə istintaqın Nizami rayon Prokurorluğundan alınmasına dair etirazı da məhz Azər Əsgərov tərəfindən əsassız hesab edilərək geri qaytarılıb. Amma nə üçün əsassız olduğunu bir prokuror müavini kimi əsaslandıra bilməyib.

Amma vəkil əsaslandırır ki, Xəyal Məmmədovla Nəzər Fərzəliyev arasında üzləşmə keçirilən zaman Nəzər Fərzəliyevin şikayətçinin dəfələrlə yalan danışmasına əhəmiyyət verməmiş, heç bir şahid və sübut olmadığı halda ona verilən suallara cavab verməyə imkan verməmişdir. Buradan da məlum olur ki, Nəzər Fərzəliyev vəsatətin Bakı Şəhər Prokurorluğu tərfindən təmin olunmayacağını əvvəlcədən bilib və hazır mətnə karandaşla tarix qoyaraq geri qaytarılması da işin arxasında Azər Əsgərovun durmasından xəbər verir.

Qəribə burasıdır ki. Xəyal Məmmədovun öz işinə qayıtması ilə bağlı Nizami rayon Məhkəməsinin qaldırdığı iddia da təmin edilmədi.

Hakim Fikrət Mirzəyev prosessual müddəti bəhanə edərək, əvvəlcədən Nizami rayon Polis İdarəsinin Kadrlar Şöbəsinin rəisi ilə şəxsi otağında yarım saatlıq müzakirədən sonra möhürsüz bir kağıza əsaslanaraq iddianın təmin edilməməsini qət etdi.

Qardaşların valideyni Aliq Məmmədovun bütün aidiyyatı orqanlara etdiyi müraciətlərə baxmayaraq Nizami rayon Prokurorluğunda da, Bakı şəhər Prokurorluğunda da işə qərəzli yanaşıldığı açıq-aydın görsənməkdədir. Bakı şəhər Prokurorluğu işə başqa rayonda baxılmasına nə üçün icazə vermir? Nizami rayon Prokurorluğunda yalan və böhtan xarakterli ərizə araşdırılmadan məhkəməyə göndərilir, amma vətəndaş Aliq Məmmədovun sabiq rəis Nofəl Məhərrəmova oğlanlarını işini dəyişmək üçün rüşvət verməsi ilə bağlı ərizə hələ də baxılmamış qalır. Bakı şəhər Prokuroru Əziz Seyidov isə vətəndaşın hüquqlarını müdafiə edən vəkil Namiq Hacıyevi qəbul etmədən işin məhkəməyə göndərilməsinə tələsir. Maraq nədir? Belə çıxır ki, Nofəl Məhərrəmov Nizami rayonunu tərk etsə belə onun işlərini burada görənlər çoxdur. Amma unutmamaq lazımdı ki, Azərbaycan konstutison bir ölkədir və qanunun aliliyi burada hər şeydən ucadır. Necə ki, Nofəl Məhərrəmov etdiyi əməllərə görə cəzalandırılaraq, Xaçmaz rayonuna göndərildi, sabah qanuna xor baxan digərləri də bu kimi cəzalarla üzləşə biləcəklərini gərək unutmasınlar.

T.Məmmədov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button