“Nobel” mükafatçısı Putini Hitlerdən təhlükəli sayır

Yayımlandı: 19 Fevral 2024 15:34

“Yeni Hitler bəşəriyyəti dünya müharibəsinə sürükləyəcək”

Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı, belarus yazıçısı Svetlana Aleksiyeviç “Naşa Niva” (“Наша Нiва”) nəşrinə müsahibəsində siyasətçi Aleksey Navalnının ölümünün bütün dünya üçün sarsıntı olduğunu deyib.

Yazıçı bildirib ki, bu gün bütün dünya matəm içindədir.

Siyasətçilər, yazıçılar, musiqiçilər – hamı siyasətçinin ölümünə həm kədərlənir, həm də şokdadır:

“Bu, belə bir qəddarlığa yol verməyimizin şokudur. Diktatorlar bir-birindən öyrənirlər. Navalnının ölümü bütün dünyada, hətta Belarusda da diktatorların əl-qolunu açdı, uçurumu daha da dərinləşdirdi. Belarusda da iki minə yaxın siyasi məhbus var. Adama elə gəlir ki, biz hər an onlar haqqında ən pis xəbəri eşidə bilərik”.

Hakimiyyət belə bir indulgensiya (günahlara görə çəkməli olduğu cəzanın miqdarını azaltmaq) aldı. Belə çıxır ki, o, hər şeyi edə bilər və dünya bunun qarşısında aciz, ölkə çarəsiz, hakimiyyət isə cəzasız qalacaq. Bu, ən pis şeydir. Yəqin, Navalnının qətlindən sonra dünya başa düşəcək ki, Putin də Hitler kimi bəşəriyyəti dünya müharibəsinə sürükləməyə qadirdir, dayanmayacaq”.

Yazıçı müsahibəsində dünyanı Ukraynaya mümkün qədər çox kömək olmağa çağırıb:

“Ukraynaya yardım etməliyik, yoxsa bu bizə daha baha başa gələcək. Yeni texnologiyaları olan yeni Hitler tarixdən tanıdığımızdakından da təhlükəli olacaq”.

2024-cü il fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının vəfat etdiyini bildirib.

Siyasətçinin ölüm səbəbi kimi qan laxtalanması göstərilib.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button