Nofəl Məhərrəmov Bəylər Əyyubovun restoranlarına «haqq» qoyub?!

Rayonun bütün iri müəssisələri «hesab» verir…

Nizami rayon polis idarəsinin rəisi haqqında 29 il əvvəl niyə cinayət işi qaldırılıb və bu cinayət işi niyə bağlanıb?!

Nofəl Məhərrəmovun Bakının Nizami rayonuna təyinatı özlüyündə bir çox müəmmalar daşısa da, rayon bu təyinatı hələ də həzm edə bilmir. Yeni rəis özü ilə yeni qaydalar da gətirib. XuralTAC-ı məlumatlandıran mənbə rəisin rayonu bir növ haqqa oturtduğunu bildirir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən bütün iri müəssisələr, mebel dükanları, kompüter mağazaları, texnika satan dükanlar, rayonda fəaliyyət göstərən 4 böyük bazar – 8-ci km bazarı, «Laçın» univermağı, «Lotos» və «Kainat», restoranlar və şadlıq evləri haqqa otuzdurulub. Elşən Süleymanov küçəsində yerləşən (8-ci km bazarının arxası) topdansatış meyvə və ərzaq məhsulları bazarı isə rəisin doğmaca qardaşı Münasib Məhərrəmovundur. Yeri gəlmişkən, bir fakta nəzər salmaq lazımdır ki, Məhərrəmov qardaşlarının böyük obyektlərinin əksəriyyəti elə Nizami rayonunda yerləşir.

Bundan başqa, Nizami rayonunda fəaliyyət göstərən şadlıq evlərinin də qapılarını rəisin «haqq» adlı arzusu döyməyə başlayıb. Mənbənin bildirdiyinə görə, rayonda fəaliyyət göstərən 27 şadlıq evi var və Nofəl Məhərrəmov ayda hər şadlıq evindən 10 min manat pul tələb edir. Bunların içində 11 restoranın isə birbaşa Bəylər Əyyubova məxsus olduğu deyilir. Deməli, yeni rəis həm də Bəylər Əyyubovla kəllə-kəlləyə gəlməyə başlayıb.
Xatırladaq ki, Nofəl Məhərrəmovun ayağı ilk təyin olunduğu gündən rayona düşməmişdi. Onun gəlişi ilə rayonda polislər bir Elvin Əsgərov adlı bir gənci ölüncəyə qədər döymüş və öldürmüşdülər. Tərtər rayonunda da Nofəl Məhərrəmovun sicili təmiz olmayıb. Orada da yerli əhali ilə şotlanlıların arasında baş verən olaylarda ikincilərin tərəfdarı kimi mətbuat səhifələrinə düşmüşdü yeni rəis.

XuralTAC

İ.S. Nizamini haqqa oturdan Nofəl Məhərrəmovun haqqında redaksiyamıza daxil olan məlumatlardan biri də uzun illər öncəsinə dayanır. Hələ 29 yaşında, təxminən 20 il bundan əvvəl «Yuvelirnı» («Qızıl») zavodda mühafizənin rəisi vəzifəsində işləyəndə Nofəl Məhərrəmova niyə cinayət işi açıldığı haqqında redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumata görə, açılan bu cinayət işini zamanın baş prokuroru saxta ekspertiza sənədini əsas götürərək bağlayıb.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button