Növbəti torpaq çökməsi, bu dəfə şəhərin mərkəzində

Ötən gün növbəti torpaq çökməsi baş verib, ancaq bu dəfə Bayılda yox, paytaxtın mərkəzində. Bu, Səməd Vurğun küçəsində “Təzə Bazar”dan bir az aşağıda hündürmərtəbəli evin tikildiyi ərazidə baş verib.

Binanın özülündəki dərinləşdirmə işləri ilə əlaqədar torpağın böyük hissəsi bir neçə metr aşağıya doğru “gedib”. Çökmənin ümumi uzunluğu 60 metr, eni 3 metrdir.

Heç kim yaranmış vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyib. İnşaatçılar bildiriblər ki, işi düzgün yerinə yetiriblər.

Lakin Avtomobil Yolları Dövlət Agentliyi tikinti şirkətini təhlükəsizlik qaydalarını pozmaqda ittiham edib. Belə ki, özülün ətrafında dayaq dirəklər qurulmayıb ki, bu da uçmağa səbəb olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Şəhər hakimiyyəti dəyən zərəri öyrənir, ərazinin bərpası üçün inşaatçılarla danşıqlar aparılr.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button