Novruz bayramında ardıcıl olaraq 9 gün qeyri-iş günü olacaq

Nazirlər Kabinetinin qərarı ilə bu il Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 21-29 mart qeyri-iş günü olacaq.

Bu il bazar ertəsinə təsadüf edən 8 mart Qadınlar Günü münasibətilə də ardıcıl olaraq üç gün qeyri-iş günü olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button