Rubrikalar: GÜNDƏM MƏDƏNİYYƏT XuralTAC

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.

X.Mikaylovun sözlərinə görə, martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
X.Mikayılov vurğulayıb ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir.

Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir:

“Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək”.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

Paylaş:

This post was last modified on 20 Fevral 2020 5:56 axşam

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı?-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 03 aprel 2020-ci il   Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda

“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada koronavirus can almaqda davam edir: 56 min 989 ölüm-SON SİYAHI

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları  sürətlə artmaqda davam edir. Artıq yoluxanların ümumi sayı 1 milyonu…

4 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

BVF rəhbərindən qorxunc etiraf: Dünya iqtisadiyyatı ağır tənəzzül dövrünə daxil olub

Dünya iqtisadiyyatı yeni koronavirus pandemiyasına görə tənəzzül dövrünə qədəm qoyub. Xural.com TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Beynəlxalq…

4 Aprel 2020
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

İranda pandemiya qurbanlarının sayı 3 294 nəfərə çatdı

İranda daha 134 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə…

3 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

ÜST tibbi maskaların koronavirusdan qorumadığını elan etdi

Tibbi maskalar müdafiəyə zəmanət vermir və sağlam adamların onlardan istifadəsinə ehtiyac yoxdur. RİA Novosti-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə…

3 Aprel 2020
Xural.COM