Rubrikalar: GÜNDƏM XuralTAC

Novruz Məmmədov: “Prezident dedi ki, səhər Milli Məclisə gedirsən, nöqtə”

Baş nazir Novruz Məmmədov dünən “Space” telekanalına müsahibə verib və bu vəzifəyə necə təyin olunması barədə ilk dəfə danışıb.

Virtualaz.org xəbər verir ki, N.Məmmədov baş nazir vəzifəsinə təyinatının onun üçün “gözlənilməz olduğunu” deyib.

“Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi…”,-o bildirib.

N.Məmmədov baş nazir vəzifəsinə təyinatla bağlı məsələnin 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra müzakirə edildiyini deyib. Sitat: “Seçkilərdən sonra hamımız məmnunluq içərisində idik. Doğrudan da, seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev  dedi ki, sənin baş nazir vəzifəsinə namizədliyini təklif edirəm. Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Tərəddüdəydim… Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə. Mən də başqa bir söz demədim. Böyük etimaddır, yükümü daha da çoxaldır”.

Novruz Məmmədov  vəzifədə olan hər kəsi məsuliyyətli olmağa çağırıb. Deyib ki, Azərbaycan müstəqil ölkədir və  “bu, həqiqətdir”.

“Dünyada da ən vacib şey həqiqəti bilməkdir. Dövlət başçısı məni hansısa vəzifəyə təyin edirsə, deməli, mənə inanır, düşünür ki, etimadı doğruldacam. Prezidentin istəyi odur ki, Azərbaycan qüdrətli, müasir dövlətə çevrilsin. Biz bu istiqamətdə möhtəşəm yol keçmişik. Buna baxmayaraq, beynəlxalq aləmdə o qədər mürəkkəb proseslər baş verir ki… Biz öz suverenliyimizi, müstəqilliyimizi, milli maraqlarımızı qorumalıyıq. Bunun üçün də dövlətimizi gücləndirməli, möhkəmləndirməliyik, ölkədə bütün sahələri inkişaf etdirməliyik. Bunu isə bir insan etməli deyil, birlikdə çalışmalıyıq. Üzdə başqa, ürəkdə başqa cür olmaq düzgün deyil. Bu, bizə yaraşmaz. Hansısa dövlət agentliyinin, xidmətin rəhbəriyəmsə, vətəni sevərək işləməliyəm”,-hökumət başçısı bildirib.

Paylaş:

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM