Novruz Məmmədovun İspaniyada mülkü üzə çıxdı

Keçmiş baş nazir bir mənzilə görə iki dəfə ödəniş edib

Hansı daşı qaldırırsan, altından Azərbaycan hakimiyyəti barədə korrupsiya faktları çıxır.
Rusiyalı jurnalistlər İspaniyanın Alteya şəhərində Azərbaycanın keçmiş baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar ediblər.
Bu barədə “Novaya qazeta” nəşri məlumat yayıb (link rəydə). Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitropolit İlarionla qonşudur.
Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti 950.000 avro təşkil edir (2011-ci ilə aid qiymətdir).
Üstəlik o da məlum olub ki, kompleksdəki mənzilləri Rostovdan olan bir fırıldaqçı (adamın adı İspaniyada 79 cinayət işində hallanır) müştərilərini, o cümlədən Novruz Məmmədovu aldadaraq satıb, nəticədə keçmiş baş nazirimiz bir mənzilə görə iki dəfə ödəniş edib. Çünki o, qonşularından fərqli olaraq, aldadıldığı haqda məhkəməyə müraciət etməyə lüzum görməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button