Novruz Məmmədov: “İlham Əliyevin ABŞ-a səfəri xüsusi əhəmiyyət kəsb edir”

Novruz Məmmədov

Azərbaycan prezidenti İlham Əliyevin nüvə təhlükəsizliyi sammitində iştirakla əlaqədar ABŞ-a qarşıda duran səfəri xüsusi əhəmiyyət kəsb edir.

Bunu ANS-ə müsahibəsində Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, dövlət başçısı sammitdə Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində gördüyü işlər və qarşıda duran vəzifələr barədə danışacaq.

“Digər tərəfdən sammitin əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır. Düşünürəm ki, bu səfərin böyük əhəmiyyəti var”, – deyə o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button