Noyabr ayında mobil operatorlardan mediada hansı “fərqlənib”?

mobil-operatorAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət mobil operatorlar ilə bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1825 xəbər yerləşdirilib. Bunlardan 49 xəbər mənfi, 130 xəbər müsbət və 1646 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: AzerCELL (20 xəbər), Nar Mobile (17 xəbər). Müsbət xəbərlərdə isə AzerCELL (76 xəbər) və BakCELL (54 xəbər) fərqlənir.

Xəbər sayına görə sıralama:

  1. BakCELL
838 xəbər
  1. AzerCELL
815 xəbər
  1. Nar Mobile
170 xəbər
  1. NaxTel
   2 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 199 xəbər dərc edilib. Bu xəbərlərdən 180-i neytral, 18-i müsbət, 1-i isə mənfi xəbərlərdir. Müsbət xəbərlər arasında liderlər: AzerCELL (11 xəbər), BakCELL (7 xəbər). Mənfi xəbər isə Nar Mobile-a məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. AzerCELL
102 xəbər
  1. BakCELL
85 xəbər
  1. Nar Mobile
12 xəbər
 

Noyabr ayında televiziya kanallarında mobil operatorlar haqqında 24 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

  1. AzerCELL                                                                                       19 xəbər
  2. BakCELL                                                                                         3 xəbər
  3. Nar Mobile                                                                                     2 xəbər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button