Noyabr ayının müflisləşən bankı hansıdır?

bankAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin noyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Şirkət banklarla bağlı noyabr ayı üzrə məlumatları təqdim edir.

2015-ci ilin noyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 10190 xəbər yerləşdirilib. Bunlardan 9994-ü neytral, 158-i mənfi, 38-i isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Nikoil Bank (25 xəbər), Parabank (12 xəbər), Unibank Kommersiya Bankı (10 xəbər). Mənfi xəbərlərin əsas mövzusu bankların müflisləşməsidir.

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı
2650 xəbər
  1. AGBank (Azəri Qaz Bank)
961 xəbər
  1. Texnika Bank (Bank Technique)
747 xəbər
  1. MuğanBank
578 xəbər
  1. Kapital Bank
489 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 360 xəbər dərc edilib. Bu xəbərlərdən 353  xəbər neytral, 7 xəbər isə mənfidir. Qəzetlərdə Azərbaycan Kredit Bankı (3 xəbər) mənfi xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

  1. Azərbaycan Beynəlxalq Bankı
150 xəbər
  1. AGBank (Azəri Qaz Bank)
41 xəbər
  1. Texnika Bank (Bank Technique)
23 xəbər
  1. MuğanBank
23 xəbər
  1. AtaBank
14 xəbər

Noyabr ayında televiziya kanallarında banklar haqqında 41 xəbər göstərilib. 

  1. Azərbaycan Beynəlxalq Bankı                             17 xəbər
  2. Kapital Bank                                                              6 xəbər
  3. Eurobank Azerbaijan                                              3 xəbər
  4. Azərbaycan Kredit Bankı                                        3 xəbər
  5. DəmirBank                                                                2 xəbər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button