Nümayəndəlik institutu siyasi məqsədlə məhdudlaşdırılır

Aqil Layıc

Vəkil

 

Yenə də nümayəndəliyin məhdudlaşdırılması ədalət mühakiməsində effektliyin artırılması yönündə addım kimi uğursuz qiymətləndirmə etməyə çalışmaların şahidi oluram. Həqiqət isə bundan ibarət deyildi. Avropa Şurasına daxil olan ölkələrdən misallar gətirilir. İlk öncə qeyd edim ki, bu misalları inkişaf etmiş ölkələrdən gətirən zaman, ən azından ədalət mühakimələri arasında olan indeks fərqinə baxmaq lazımdır. Azərbaycan Ədalət Mühakiməsinin həyata keçirilməsi və effektliyi baxımından Avropa Şurasına üzv ölkələr arasında sonuncu yerlərdən birinə sahibdir. Ədalət mühakiməsində effektivliyin artırılması üçün nümayəndəlik təsisatına toxunmaq lazım deyil, çünki bu institut ədalət mühakiməsinə təsir edən amil deyil, əksinə, ədalət mühakiməsi nə qədər effektli olsa, cəmiyyətin bütün sahələri kimi, nümayəndəlik və vəkillik də inkişaf edəcək, əksi olduqda isə atılan digər addımlar dekorativ xarakterli olmaqla bərabər, imitasiyadan başqa bir şey deyildir. İnkişaf etmiş qərb ölkələrindən misal gətirmək əvəzinə, elə qərb ölkələrinin cəmləşdiyi Avropa Şurasının Azərbaycan barədə olan qətnamələrinə nəzər salmaq lazımdır. Orada birmənalı qeyd olunur ki, Azərbaycanda ədalət mühakiməsinin effektisiziyi birbaşa ədalət mühakiməsinin icra hakimiyyətindən asılı olması ilə bağlıdır. Güya təmsilçilik institutu vəkillər çətiri altında monopoliyaya alınsa, məhkəmələr müstəqil olacaqmış və bu da effektliyi artıracaqmış. Özümüzü aldatmayaq bəylər, ən azından sakit durmaq daha yaxşıdır ki, nəinki uğursuz qanun layihələrinə haqq qazandırmaq. Bəzi misallarla göstərməyə çalışacam ki, heç də qərb ölkələrində vəkillik çətiri altında təmsilçilik monopoliyaya alınmayıb.

1) Almaniyada işin mahiyyətindən və məhkəmə instansiyasından asılı olaraq vəkillərin inhisarında olan sahələr vardır. Hüquqşunasla təmsil istənilən halda vardır və heç də vəkillərin inhisarı olduqları sahələrdən az işlərə çıxmırlar. İtaliyada, İspaniyada da vəziyyət təxminən eynidir.

2) Ümumi hüquq sistemində sertifikasiyalı hüquqşünaslar (solicitor) ancaq müəyyən mahiyyətli, həcmli işlərə, eyni zamanda müəyyən instansiyalara dair inhisari səlahiyyətə malikdir, digər işlərdə isə hüquqşünaslar da çıxa bilər. Hətda Şotlandiya və İrlandiyada müəyyən işlərdə təmsilçlərin hüquqşunas olmasına belə gərək yoxdur.

3) Nordik ölkələrində – İsveç, Finlandiya, Norveçdə qəti olaraq məhkəmədə təmsil olunmaq üçün nəinki vəkilə ehtiyac var, heç təmsilçinin hüquqşünas olmasına da gərək yoxdur. Lakin bu ölkələrə baxsaq görərik ki, dünyanın ən öndə gedən ədalət mühakimələri məhz bu ölkədədir. Deməli, nəticə hasil olur ki, ədalət mühakiməsinin effektliyinin olmamasında başqa səbəb axtarmaq lazımdır, imitasiya xətrinə nümayəndəliyi sıxışdırmaqda deyil.

4) Danimarkada, vəkillə təmsil ancaq yuxarı instansiya məhkəmələri üçün labüddur və digər işlərdə məhdudiyyət yoxdur. Hətda təmsilçinin hüquqşünas olmasına da gərək yoxdur.

5) Məhşur məhkəmədə təmsilçiliyi araşdıran Rebeka Sandefur araşdırmasına görə ABŞ-da son 50 ildə məhkəməyə çıxan təmsilçilərin yarısı hüquqşünas, yarısı isə qeyri-hüquqşünaslardır. Diqqət edin ki, nəinki prosesdə vəkillərin inhisarı yoxdur, hətda təmsilçilərin qeyri-hüquqşünas olmasına da icazə vardır.

6) Roman German hüquq sistemində qeyd edildiyi kimi ümumiyyətlə, məhkəmələrdə təmsil üçün şəxs hüquqşünas kimi prosesdə təmsil səlahiyyəti qazanmaqdadır və mütləq lisenziyalı vəkil olmasına dair tələb yoxdur. Bu tələblər ancaq xüsusi instansiyalarda və xüsusi işlərdə vardır. Hansı ki, bizdə də elədir. Roman German hüquq sistemində təmsilçilik “pro se” məfhumu adı altında birləşir ki, bu da özünü və ya başqasını məhkəmədə təmsil etmək səlahiyyəti mənasını verir.

7) Amerika Birləşmiş Ştatlarının Federal Məhkəmə sisteminin 2013-cü ildəki məlumatına əsasən birləşmiş ştatlarda həmin ildə baxılan işlərin 27 faizi mülki işlərə, 92 faiz pensiya ilə əlaqəli işlərə, 11 faiz qeyri-işlərə vəkil olmayan nümayəndələr çıxmışdır.

QEYD – Avropa Məhkəməsi belə təmsilçiliyi məhdudlaşdırmadığı halda, bizimkilərin təmsilçiliyi vəkil çətiri altında birləşdirməsi, məsələnin mütərəqqi olmamasının birbaşa göstəricisidir.

Əlaqəli məqalələr

1 şərh

  1. nümayəndəlik institutu cinayət və inzibati xətalara görə işlərdə artıq işləmir,mütləq vəkil lazımdır,ya da qohumları nümayəndə ola bilər.Mülki işlərdə də belə etsələr ,bir ordunu,hüquqşünasları və nümayəndələri hakimiyyətə qarşı çevirəcəklər ki, buna da axlı başında olanlar imkan verməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button