“Nurgün” holdinq baş redaktoru işdən azad etdi

“Ekspress” qəzetinin baş redaktoru işdən azad edilib.

Aktual.az xəbər verir ki, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov işdən azad edilib.

Onun işdən azad edilmə səbəbi bəlli deyil.

Xatırladaq ki, “Ekspress” qəzeti gündəlik nəşr olunur, təsisçisi mərhum Müşfiq Səfiyevdir. Xural.com-un məlumatına görə, “Ekspress” qəzeti hakimiyyətə yaxın oliqarxlardan “Nurgün” holdinqin sahibi Nuru Əliyevindir. Nuru Əliyev Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın iş adamı kimi tanınır.

Qəzənfər Bayramov ötən il jurnalistlərin binasında mənzillə təmin olunmuşdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button