Nyu-York ştatında xüsusi mühafizə olunan həbsxanadan ilk qaçış – FOTO

həbsxanadan qaçışHəbsxana 1865-ci ildə tikilib.

ABŞ-ın Nyu-York ştatının Klinton dairəsindəki xüsusilə təhlükəli cinayətkarlar üçün həbsxanadan məhbuslar qaça bilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə The New York Post yazıb.

Məhbusların qaçışı səhər yoxlaması zamanı aşkarlanıb.

Qətl törətdiklərinə görə məhkum olunmuş 48 və 34 yaşındakı iki kişi 1865-ci ildə tikilmiş xüsusi mühafizə olunan həbsxanadan qaçmaq üçün elektrik avadanlığından istifadə ediblər.

The New York Post qəzetinin yazdığına görə, hazırda polis onların bu alətləri necə əldə edə bildiklərini araşdırır. Belə ki, məhbuslar həmin avadanlıqdan istifadə edərək polad boruları açıb və şəhərin kommunikasiya şəbəkəsi tuneli vasitəsi ilə qaçmağa nail olublar.

Məhbusların qaçışa hazırlıqla bağlı gördükləri işin miqyasından heyrətə gələn ştatın qubernatoru Endryu Kyomo  bu barədə sosial şəbəkədə yazıb və hətta Twitterdə qaçış yerindən fotolar yerləşdirib. “Bu, həyata keçirilməsi çox mürəkkəb olan bir plan idi”. Qubernatorun sözlərinə görə, bu türmə tikiləndən (1865-ci il) ilk qaçış idi.

Qeyd edək ki, hər iki məhbus ömürlük həbs cəzasına məhkum edilmişdir.

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button