Rubrikalar: DÜNYA

“O qədər sırtıqlaşıblar ki, qollarımızı arxaya burmağa çalışırlar…”

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə Rusiyanın ünvanına sərt mesajlar verib.

Lukaşekonu qəzəbləndirən “Rosselxoznadzor”un ötən gün Belarusdan Rusiyaya alma və armud idxalına qadağa qoymasıdır.

Bu qadağa ilə bağlı Lukaşenko hökumətin iqtisadi blokunun yığıncağını keçirib. O yada salıb ki, mart ayında Rusiya Türkiyə armudlarının Belarus üzərindən ixracını qadağan etmişdi. Lukaşenkonun sözlərinə görə, bütün bu addımlar Rusiya bazarının Belarus üçün bağlanması deməkdir.

Belarus prezidenti Rusiya ilə qarşılıqlı münasibətlər haqda danışaraq deyib ki, il yarım əvvəl Belarus üzərindən keçən neft və neft məhsulları kəmərinin təmiri zərurəti yaranmışdı. O zaman kəməri bağlamaq lazım idi, amma Minsk bunu eləmədi, çünki Rusiyaya ziyan dəyərdi. Nəticədə kəmərlərdə təmir avral rejimdə həyata keçirildi. İndi isə Lukaşenko zərurət yarananda kəmərlərin bağlanacağını deyib.

“Çünki bizim Rusiya üçün xeyirxahlığımıza onlar daim şərlə cavab verirlər. Orada o dərəcədə sırtıqlaşıblar ki, əllərimizi arxaya burmağa başlayıblar”-Lukaşenko deyib. O, Belarusun “müvafiq cavab addımları” atacağını deyib və hökumətə tapşırıb ki, gələn həftə vəziyyətlə bağlı məruzə etsin.

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Lukaşenkonun belə qiymətləndirməsi ilə razı deyil və Rusiya Belarusa qarşı sanksiya tətbiq etmir.

Paylaş:

This post was last modified on 11 Aprel 2019 9:37 axşam

Share

Son Əlavələr

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam

“Sirr qutusu” tapıldı: Onu Rotşildlər qaçırıblarmış!-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 16 avqust 2019-cu il   Bu barədə dəfələrlə yazdım. Eyni nöqtədən irəliləməyə davam edərək dünyanın zirvəsində…

17 Avqust 2019 2:42 səhər
Xural.COM