O şərəfsizi tapın və cəzalandırın!

Azər Həsrət

Millət bu şərəfsizlərdən təmizlənməlidir!

Oxudum, tüklərim biz-biz oldu! Belə şeyin mümkün olacağını təsəvvür belə edə bilməzdim! Ancaq olmuş! Həm də Azərbaycanda, həm də bir şəhidə qarşı! “Yeni Müsavat” qəzetində oxudum ki, bugünlərdə ön cəbhədə şəhid olmuş Elnur Məmmədov adlı şərəfli vətən övladını dəfn etmək üçün onun anasına bir məzarlıq yeri bir şərəfsiz məmur tərəfindən 200 manata satılıb! Bu nədir?! Bu nə şərəfsizlikdir?! Vətən uğrunda can qoyan bir şəhidə bir məzarlıq torpağı pulla satan şərəfsiz kimdir axı?! İnsanlıq bu qədərmi ucuzlaşdı?! Şərəf deyilən, əxlaq deyilən, namus deyilən dəyərlər bu qədərmi ucuzlaşdı?!

Demək ki, ucuzlaşmış! Ucuzlaşmasa bir şərəfsiz məmur bir şəhidin qaçqın anasına oğlu üçün məzar yerini pulla satmazdı! O şərəfsiz tapılmalıdır! Cəzalandırılmalıdır! Onu tanıyan hər kəs gördüyündə üzünə tüpürməlidir! Və dövlət də ardından bir qanun çıxarıb ümumiyyətlə məzar yerlərinin pulla satılmasına yasaq gətirməlidir! Təkcə şəhidlər üçün deyil, ümumiyyətlə hər kəs üçün! İki metrlik məzar yeri hər kəsin haqqıdır!
Daha bir tükürpədici yazını “Xural” qəzetində oxumuşdum. Əvəz Zeynallının yazısı idi. Həmkarım yazırdı ki, bir oliqarx-məmurun gədəsi (məhz gədəsi, oğlu deməyə adamın dili gəlmir!) qul bazarından bir parça çörəyə möhtac bir gənci götürüb evində düzənlədiyi bir məclisə aparıb. Orada bu gəncin boynuna ip salıb onu yerdə dördayaqlı yeridərək hürdürüb! Və bu yolla həm özü kimi gədə-güdədən ibarət olan qonaqlarını, həm də özünü əyləndirib!
Bu şərəfsiz gədə də tapılmalıdır! Tapılıb cəzalandırılmalıdır! Həm də onun bütün sülaləsi cəzalandırılmalıdır! Çünki bu şərəfsizin aid olduğu sülalənin hamısı bu cür şərəfsiz olmasaydı, onun kimi gədə-güdə bir parça çörəyə möhtac olanlarla bu cür davranmazdı!

Ümumiyyətlə, məmurların hamısının oğul-uşağının əl-ayağı yığışdırılmalıdır! Onların əlindən küçələrə belə çıxmaq olmur! Haram yolla topladıqları pulların hesabına elə bilirlər ki, bütün millət onların əlaltısıdır! Bu şərəfsizlərdən millət təmizlənməlidir!

Və bir gün vətəndaş ayağa qalxıb özü bu şərəfsizləri cəzalandıranda ortalıq qarışacaq. Ona görə də dövlətin bir an öncə hərəkətə keçməsi, bu iki halın ikisini də dövlətə yaraşan bir şəkildə araşdırması, gərəkli cəzanı verməsi lazımdır! Həm də ən qısa sürə içində!

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Bu muxalifet 90-ci illerde xalqin desteyini qazanib hakimiyyete geldi sonra da xalqin problemleri ile bas elde bilmeyib arvad kimi mesuliyyetden qacdi. Ve xalqi verdi bu serefsizlerin eline. Niye hirslenirsen eloglu Onlar serefsizdir duzdu amma Musavat-AXCP da arvaddir. Xalq yene ayaga qalxib adam derdinden de yene dusub bu arvadlarin arxasin. Elqerez iti-itnen muqayise elemezler. Hami narazidi amma bize-Azerbaycana yeni nefes lazimdir, yeni…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button