“O vaxt biz deputatlar ərizə yazıb onu tutdurmaq istəyirdik…”

77777777777777777777777721.06.2013

Milli Məclisin bu gün keçirilən iclasında deputat Hadı Rəcəbli həbsdə olan İlqar Məmmədovla bağlı çıxış edib. İclasda Avropa Parlamentinin son qətnaməsini tənqid edən H.Rəcəbli İ.Məmmədovla bağlı maraqlı fakt açıqlayıb.

O, İlqar Məmmədovun azadlıqda olan vaxt mətbuat vasitəsilə Milli Məclisi yazıları ilə təhqir etdiyini xatırladıb. Deputat spiker Oqtay Əsədova da irad bildirib: “Oqtay müəllim, o vaxt biz deputatlar ərizə yazıb onu tutdurmaq istəyirdik, siz qoymadınız. Dediniz yazıqdır, toxunmayın. İndi gördünüz bu yazıq deyil? Onun tərbiyəsi elə o vaxtdan məlum olmuşdu”.

Spiker O.Əsədov isə deputata düzəliş verib: “Hadı müəllim, tutdurmaq deməyin, məhkəməyə vermək deyin. O vaxt siz bunu istəyirdiniz…”

H.Rəcəbli isə davam edərək İ.Məmmədovu xarici kəşfiyyata işləməkdə ittiham edib və Avropa Parlamentinin nə haqda qətnamə çıxardığını anlamadığını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button