Obama Xədicə İsmayılovaya tərəf belə boylandı

ABŞ prezidenti Barak Obamanın Tvitterdəki  mikrobloqunda fotoşəkil yayılıb. Həmin fotoşəkildə Barak Obama Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılovanın da fotosunun yer aldığı stendi nəzərdən keçirir.

Xural.com Virtualaz.org saytına istinadən xəbər verir ki, X.İsmayılovanın adı müxtəlif ölkələrdə həbsdə olan 20 qadının – jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının azad olunması çağırışı ilə çıxış edən “Free 20” kampaniyasına daxil olunub.

ABŞ-ın BMT-dəki missiyası bu siyasi məhbusların fotolarını hər gün dərc edib. Bütün 20 portret dünya liderlərinin BMT-nin iclaslarına gəlişi ilə əlaqədar böyük stend halında tərtib edilib. Obama da məhz həmin stendin qarşısında dayanaraq böyük ehtimalla X.İsmayılovaya tərəf baxır.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer bundan əvvəl bəyan etmişdi ki, onlar bu aksiya vasitəsilə dünya liderlərinin diqqətini insan haqlarının pozulması faktına yönəltməyə çalışırlar.

“Nyu-Yorka gəlib Birinci avenyu küçəsindən keçən dünya liderlərinin heç birisi bu 20 qadının portretini görməyə bilməz” – deyə S.Pauer bildirmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button