Rubrikalar: GÜNDƏM XuralTAC

OCCRP-Feyziyev məhkəmə işi yekunlaşıb

Təşkilat məqalələrə azərbaycanlı iş adamının mövqeyini daxil edib

Təqribən iki ildir ki, OCCRP Londonda azərbaycanlı iş adamı və parlament üzvü Cavanşir Feyziyev tərəfindən təşkilatın həmtəsisçisi Paul Raduya qarşı irəli sürülən bahalı və vaxt aparan məhkəmə iddiası ilə məşğul idi. Feyziyevin adı çirkli pulların yuyulması və maliyyə fırıldaqçılığı ilə bağlı olan Laundromat adlı araşdırma layihəsində çəkilir.

OCCRP-nin məlumatına görə, İngiltərə məhkəməsi müəyyən edib ki, məqalə Feyziyevi çirkli pulların yuyulmasında iştirak etməksini əsaslı şəkildə izah edib. Feyziyev isə bu iddianı rədd edib.

Keçən həftəsonu məhkəmə ərəfəsində iddiaçının vəkilləri işi Radu üçün əlverişli şərtlərlə həll etməyi təklif ediblər. Bu, uzun və mürəkkəb məhkəmə işini uğurla sonlandırıb. OCCRP komandası ciddi maliyyə riski altına alınıb.

Ən başından OCCRP məqalənin məhkəmə işinə layiq olmadığını bilib və yazıldığı kimi də hekayənin arxasında durmağa davam edir. “Feyziyevdən bəhs olunan məqalə veb-saytımızda qalacaq”, – OCCRP bildirib.

Məsələnin həllinin bir hissəsi olaraq OCCRP aşağıdakı ifadənin veb-saytda yerləşdirilməsinə razılıq verib:

“Cavanşir Feyziyev OCCRP saytında yayımlanan iki məqalə ilə bağlı böhtan ittihamları irəli sürüb. Məhkəmə müəyyən edib ki, bu məqalələr qanuni anlama sahibdir və onun çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinməsi üçün əsaslar var. Ancaq onun çirkli pulların yuyulmasında və ya hər hansı bir cinayət əməlində günahkar olmasına dair əsas yoxdur.

Tərəflər bu proseslərin həllinə razılıq veriblər. OCCRP məqalələrə cənab Feyziyevin çirkli pulların yuyulmasında və ya hər hansı bir qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə rədd etdiyi faktını əlavə etməyə razılıq verib”.

OCCRP həmçinin inanır ki, İngiltərənin hüquq sistemi xüsusilə də zərərvermə məqsədilə açılan məhkəmə işlərinə qarşı həssasdır. Böyük Britaniyada təcili olaraq anti-SLAPP qanunvericiliyə ehtiyac duyulur ki, bununla jurnalistləri və ya digər ictimaiyyət üzvlərini qorxutmaq, senzura etmək niyyəti ilə açılan ağır işlərdən qoruma mexanizmi təmin edilir. “Xüsusilə təəssüf doğuran məqam odur ki, öz ölkələrində korrupsiya haqqında yazan yerli müxbirlər hekayələrini hazırlayarkən İngiltərənin ayrı-ayrı media standartlarını nəzərə almalıdırlar. Sadəcə ona görə ki, əmlak qanuni və ya qeyri-qanuni yolla xarici vətəndaş tərəfindən İngiltərədə tapılır”, – OCCRP qeyd edir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

“Yaxın onilliklərə nə Azərbaycanın Qarabağı almaq fikri var, nə də bizim Qarabağı vermək”

İlham İsmayıl   "Əgər martın 31-də Azərbaycan Ordusu separatçıların seçki gününü, Bakı soyqırımının ildönümü gününü ermənilərə rahat gün kimi bağışlayacaqsa..."…

26 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycan və Türkiyə prezidentlərindən birgə bəyanatlar-TAM MƏTN

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Strateq.az xəbər verir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Namizəddən Məzahir Pənahova: “Bundan sonra ayağınız Zaqatalaya düşsə, qovacağam”

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir…

25 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

AXP və “Ədalət”in namizədləri 2 məntəqədə səsləri etibarsız etdilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərdar Cəlaloğlu 4 məntəqədə seçkinin nəticələrini ləğv etdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Nigar Arpadarai ilə rektorun lider olduğu dairələrlə bağlı daha bir qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən…

24 Fevral 2020
Xural.COM