Oğuzda görünməmiş rəzalət!

İcra başçısının müavininin bir xanıma əxlaqsız təklifi rayonu ayağa qaldırdı

 Aydın Əliyev şikayətçini və qəzetimizi cəzalandıracağı ilə hədələdi

 Oğuzda hər an qanlı qarşıdurma baş verə bilər. Buna səbəb isə rayonun icra başçısının müavininin gənc xanıma əxlaqsız təklif etməsi səbəb olub. Bu barədə Oğuz rayonunda olan mənbələrimiz məlumat verib. Mənbənin bildirdiyinə görə, Oğuz rayonunun icra başçısının müavini Azad Əliyev küçə ilə gedən xanıma əxlaqsız təkliflər edib. Oğuzun kəndlərinin birindən olan Sahibə xanım (ad şərtidir, etik qaydalara əməl edərək xanımın əsl adını vermirik) icra başçısının əxlaqsız təklifinə sərt şəkildə rədd  cavabı verib. Daha sonra xanımın yaxınları icra hakimiyyətinə hücum ediblər. İcra başçısının müavini qaçaraq aradan çıxıb. İcra hakimiyyətinin binasındakı qarşıdurmanın qarşısını almaq üçün əraziyə əlavə polis qüvvəsi gətirilib. Vəziyyətin həddən artıq kirtik olduğunu görən icra başçısı Eyvaz Qurbanov xanımın yaxınlarını qəbul edib. E.Qurbanov müavini ilə bağlı ölçü götürüləcəyini vəd etsə də, sözünü tutmayıb. Bundan sonra təhqir edilmiş ailə rayon prokurorluğuna üz tutub. Prokurorluq  şikayət ərizəsini qəbul etməkdən imtina edib. Mənbənin bildirdiyinə görə, təhqir edilən xanım icra başçısının müavininin hərəkətlərindən Prezident Administrasiyasına şikayət edib. Hazırda rayonda gərginlik davam edir. Xanımın yaşadığı kənd ayaqdadır və PA-dan gələn cavabı gözləyirlər. Mənbənin bildirdiyinə görə, hər an rayonda qanlı qarşıdurma baş verə bilər.

Dünən məsələ ilə bağlı icra başçısının müavini  Azad Əliyevlə telefon əlaqəsi saxladıq. A.Əliyev xanıma əxlaqsız təklif etmədiyini bildirdi: “O, mənə böhtan atır. Mən heç kimi təhqir etməmişəm. Sadəcə olaraq əvvəllər Oğuzda işləmiş, sonradan vəzifədən çıxarılan şəxslər onu mənim üstümə qaldırıblar. Onlar icra hakimiyyətinə basqın ediblər. O, mənim barəmdə Prezident Aparatına şikayət edib. Biz də onun icra hakimiyyətinə etdiyi basqını aktlaşdırıb prokurorluğa vermişik. O, cəzasını alacaq. Elə sizin qəzet də”.

Qəzetimizin hansı səbəbdən cəzalanacağını isə icra başçısının müavinindən öyrənə bilmədik. Sualımızdan əsəbiləşən müavin telefonu qapatdı.

Oğuz rayonundan olan mənbələrin bizə verdiyi məlumata görə, A.Əliyev əvvəllər də qızlara sataşdığına görə başı bəlalar çəkib. A.Əliyev uzun illər Yeni Azərbaycan Partiyasının rayon təşkilatına rəhbərlik edib. Lakin ondan edilən davamlı şikayətlərdən sonra YAP sədrliyindən uzaqlaşdırılıb. Rayonunun yeni icra başçısı E.Qurbanov, A.Əliyevin sinif yoldaşıdır. Uzun müddət işsiz qalan A.Əliyev sinif yoldaşının sayəsində vəzifə sahibi olub. Rayondakı mənbələrin məlumatına görə, A.Əliyev Oğuzda “meşə cəngavəri” kimi tanınır. O, rayonda meşələrə nəzarət edir. A.Əliyev icra başçısının müavini təyin edildikdən sonra rayonda olan parket sexlərinin hamısı fəaliyyətini bərpa edib. Müavin ciddi şəkildə parket və qiymətli ağac biznesi ilə məşğuldur və rayonda meşələrə qənim kəsilib.

Mənbələrin bildirdiyinə görə, icra başçısı rayonda A.Əliyevə böyük səlahiyyətlər verib.

Mövzu diqqətimizdədir.

 Əfqan Muxtarlı   

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

     

Əlaqəli məqalələr

1 şərh

  1. Görünür seksual azadlıq partiyasl yaratmaq istəyirmiş, qələmi daşa dəyib.
    Yazıq müavin. sənin müdirin gərək Sarkozi olaydı, onda başın bəla çəkməzdi.
    İndi özünü xalqın pazından gözlə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button