”Öldü” xəbəri yayılan Türkmənbaşı konfransda çıxış edib

Berdimuhammedov 20 dəqiqə canlı yayımda danışıb

“Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedov iyul ayının 5-dən bəri “öldü” və ya “komaya düşdü” xəbərlərindən sonra ilk dəfə olaraq ölkədə keçirilən Xəzər İqtisadi Forumunda ictimaiyyət qarşısında çıxıb açılış nitqi söyləyib”,- deyə Azadlıq Radiosu xəbər verir.

Avqustun 12-də Berdımuhammedov Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza turizm zonasında keçirilən konfransdan canlı yayımlanan çıxışı üçün 20 dəqiqədən çox kürsüdə dayanıb.

Berdımuhammedov sağlam və gümrah görünüb və aydın səlis nitqiylə yaddaşlarda qalıb.

Avqustun 12-də keçirilən konfransdakı digər qısa videolarda Berdımuhammedovun Rusiya, Azərbaycan və Qazaxıstan baş nazirləri, o cümlədən İranın Birinci vitse-prezidenti Eşaq Cahangiri ilə ayrıca görüşü göstərilib.

Konfrans salonundakı fotolarda Berdımuhammedov Rusiyanın Baş naziri Dmitri Medvedyevin yanında oturub.

Berdımuhammedovun ölümü ilə bağlı təsdiqlənməmiş xəbərlər Rusiya mediası tərəfindən iyulun 20-də yayılıb. Türkmənbaşı bu xəbərlərdən iki həftə öncə ictimaiyyət qarşısına çıxmışdı. Bu səbəbdən 62 yaşlı avtoritar liderin ölümünə inam artmışdı.

Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev Rusiya radiostansiyasına və “govoritmoskva.ru” internet xəbər portalına Berdımuhammedovun kəskin böyrək çatışmazlığından öldüyü xəbərini verəndə Türkmənbaşı bir həftə idi rəsmi olaraq tətildəydi.

Rubayevin dedikləri bir sıra başqa rus media qurumları tərəfindən istinad edildikdən sonra Rubayev ikinci dəfə çıxış edərək dediklərinin əsassız olduğunu dilə gətirmişdi.

Ancaq Berdımuhammedovun ictimai olaraq görünməməsi onun sağlığı ilə bağlı spekulyasiyaları artırmışdı. Türkmən liderinin xəstəxanada komaya düşdüyü və ya öldüyü qeyd edilirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button