Oliqarx balalarına silah qadağası?

Nazirlərə şou qadağası da gətirilib…

 Son yay mövsümü deyəsən, nazirlər üçün uğurlu olmadı. Belə ki, Azərbaycanın Nabran, İsmayıllı, Daşkəsənin Xaşbulaq və İsmayıllı bölgələrində nazirlərin və nazir övladlarının etdikləri əməllər ən yüksək səviyyədə narazılıqla qarşılanıb. Aydın olub ki, bu yay Nabranda və Novxanıda təşkil olunan və xarici xanım müğənnilərinin iştirak etdiyi bütün tədbirləri sıx dairədə nazirlərin özləri, geniş tədbirlər halında isə nazir övladları təşkil edib. Ən gülməlisi isə budur ki, təşkil olunan parkinqlərin birində nazir övladlarından biri üstündəki silahı əlinə alaraq gələn qonaqların yalnız onun üçün rəqs etməsini istəyib. Məclisdə iştirak edən digər məmur övladları isə əcnəbi qonağın müdafiəsinə qalxıb. Nəticədə yaranan silahlı insidenti yerli polis əməkdaşları zorla dayandıra biliblər.

Məhz bundan sonra Prezident Administrasiyasından ciddi xəbərdarlıq gəlib. Xəbərdarlıqda göstərilir ki, heç bir məmur övladı üzərində silah gəzdirə bilməz, qiymətli maşın gətizdirə bilməz və şou sahəsində bu gündən itibarən oliqarx-məmurlara bağlı heç bir şirkət sponsorluq edə bilməz. Apardığımız araşdırmalar sübut edir ki, bu gün Azərbaycanda şou-biznes sahəsinin əsas fiqurları məhz məmurlarla ünsiyyətdədir və onların hətta mənzilləri, maşınları belə məmurlar tərəfindən alınıb və ya kreditə götürülüb. Belə olan halda qadağa tətbiq olunarsa, deməli, şou-aləmində maraqlı bir durğunluq yaranacaq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button